Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Moldovan və Azərbaycan musiqisi səsləndi

Beynəlxalq Muğam Mərkəzi sentyabrın 13-də – yeni açılış mövsümündə  “Etnik musiqi inciləri” beynəlxalq layihə çərçivəsində   tamaşaçıların görüşünə  gəldi.

Tədbir Moldovanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və   Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə təşkil edilmişdi və  Azərbaycan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuşdu.

Ön söz ilə Moldovanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri George Leuka və Beynəlxalq Muğam Mərkəzinin direktoru, xalq artisti Murad Hüseynov çıxış etdilər.

Konsertin bədii hissəsində Moldovanın Xalq artisti Konstantin Moskoviç (moldovan xalq çalğı aləti olan Nay (Pan Fllute)), Radu Talambuta (violin), Valentina Nejel (vokal), Dumitru Dubajiu (akkordeon), Vladimir Andrian (piano) səhnəyə çıxaraq öz ölkələrinə məxsus xalq mahnıları ilə yanaşı, həm də Azərbaycan musiqilərindən nümunələr səsləndirdilər.

Azərbaycanın Əməkdar artisti Şirzad Fətəliyev Azərbaycan folklor musiqisinin ən önəmli nəfəs çalğı aləti olan balabanda Azərbaycan və Moldavan xalq musiqilərindən nümunələr ifa etdi.

Onu da qeyd edək ki, moldovan musiqiçilərinin ifasında səslənən “Sən gəlməz oldun”, “Sənə də qalmaz” kimi bəstəkar mahnıları səsləndirildi. Valentina Nejelin ifasında Azərbaycan xalq mahnısı “Laçın” tamaşaçılar tərəfindən hərarətlə alqışlandı.

Tədbirdə ölkəmizdə akkreditasiya olunmuş səfirliklərin nümayəndələri, ziyalılar və moldovan musiqisinin pərəstişkarları iştirak edirdilər.

Növbəti həftələrdə də Beynəlxalq Muğam Mərkəzində digər ölkələrin etnik musiqilərinə həsr olunmuş gecələr keçiriləcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: