Beynəlxalq Qeyri-Zorakılıq Günü Bakıda ağacəkmə aksiyası ilə qeyd olunub

Beynəlxalq Qeyri-Zorakılıq Günü Bakıda Mərdəkan dendrarisində ağacəkmə və təmizlik aksiyası ilə qeyd olunub.

Hindistanın Bakıdakı səfirliyindən bildirilib ki, tədbir BMT-nin təsdiq etdiyi və hər il oktyabrın 2-də dünyada Beynəlxalq Qeyri-Zorakılıq Günü kimi qeyd edilən Mahatma Qandinin doğum gününə həsr olunur. Mahatma Qandinin anadan olmasının ildönümü Hindistanda sentyabrın 15-dən oktyabrın 2-dək “Təmizlik xidmətdir” kimi tərcümə olunan “Swachhta Hi Seva (SHS)” kampaniyası vasitəsilə qeyd olunur. Bu münasibətlə Hindistanın Bakıdakı səfirliyi Hindistanın Azərbaycandakı Assosiasiyası və Azərbaycan Dillər Universitetinin tələbələri ilə birlikdə Mərdəkan dendrarisində iməcilik və ağacəkmə aksiyası keçirib.

Hindistanın Baş naziri Narendra Modi natəmizliyə qarşı mübarizə və açıq defekasiya kimi vərdişlərin aradan qaldırması üçün kəndlərdəki bütün evlərdə tualetlərin tikilməsi kampaniyasına başlayıb. Prezident Ram Nath Kovind 2017-ci il sentyabrın 15-də xalqın təmiz və sağlam Hindistan yaratmağa qərar verdiyi ümummili sanitariya kampaniyasını keçirib. Təmiz Hindistan Missiyası və SHS kampaniyası insanlar, xüsusilə də gənclər arasında böyük marağa səbəb olub.

Bu münasibətlə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov gənclərin iştirakı ilə baş tutan ağacəkmə təşəbbüsünü alqışlayıb. O, Azərbaycanda meşə salınması və təbiətin biozənginliyinin qorunması üçün görülən işlər barədə məlumat verib.

Ağacəkmə kompaniyasına başçılıq edən Hindistanın Azərbaycandakı Assosiasiyasının sədri Racani De’Mello Mahatma Qandinin məşhur “Təmizlik Allahdandır” kəlamını xatırladıb. Qeyd edib ki, Qandinin təbiət və təmizlik haqqındakı ideyaları bütün zaman və məkanlar üçün aktualdır. Racani De’Mello, həmçinin ağacəkmə və SHS kampaniyasında iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: