Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə İstanbul Böyükşəhər Bələdiyyəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyə Başkanlığı müşaviri Hüseyin Eren, mədəniyyət idarəsisədr müavini Ömer Birinci və İstanbul Böyükşəhər Bələdiyyəsi ŞəhərTeartları müdiri Sedat Çakırilə Bələdiyyə binasında görüş keçirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas prioritet məqsədlərindən söz açan G.Əfəndiyeva yarandığı gündən etibarən türk dünyası mədəniyyətini və irsini qorumaq, öyrənmək və təbliğ etmək məqsədi ilə Fondun həyata keçirdiyi tədbirlər, layihələr və proqramlardan danışıb.

H.Erən, öz növbəsində,qısa zamanda Fond tərəfindən görülən işləri rəğbətlə qarşıladığını bildirərək,Fondun türkdilli xalqların zəngin mədəni irsininmühafizəsi, beynəlxalq arenada tanıdılması istiqamətində həyata keçirdiyi layihələrin önəmini vurğulayıb. O, həmçinin bu kimi mühüm vəzifənin icra olunmasında Fond ilə Bələdiyyə arasında uğurlu qarşılıqlı əməkdaşlığa inandığını, İstanbul Böyükşəhər BələdiyyəsininFonda tam dəstək verməyə her zaman hazır olduqlarını ifadə edib.

Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihələindən biri olantürk dünyasının böyük yazıçısı və dramaturquHüseyn Cavidin “İblis” əsərinin İstanbulda səhnələşdirilməsi üçün artıq məşqlərə başlanıldığı qeyd edilib. Tamaşanın rejissoru Azərbayca Respublikasının əməkdar incəsənət xadimi Məlahət Abbasovadır.Eyni zamanda, əməkdaşlıq çərçivəsində türk dünyasının mədəni irsinin təbliği istiqamətində sempozium, konfrans, sərgilərin, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin konsertinin İstanbulda fərqli məkanlarda təşkiliilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: