Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva III Dünya Turizm ve Mədəniyyət Konfransında iştirak edib

Xəbər verildiyi kimi, 3-5dekabr tarixlərindəTürkiyə Respublikasının paytaxtı İstanbul şəhərində IIIUNWTO – UNESCO Ümumdünya Mədəniyyət və Turizm Konfransı keçirilib.

Tədbirdəmüxtəlif ölkələrdən gələnmədəniyyət və turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri,dünya turizm və mədəniyyət sahəsində aparıcı mütəxəssisləriştirak edib.Konfransda Türkiyə Respublikası Mədəniyyət və Turizm naziri cənab Mehmet Nuri Ersoy ve BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO)baş katibi Zurab Pololikaşvilinin dəvəti ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da iştirak edib. Konfrans çərçivəsində G.Əfəndiyeva həmkarları, o cümlədənUNWTO,ISESCO, IRCICA, TÜRKSOY-un rəhbərləri ilə görüşübvə gələcək fəaliyyətə dair fikir mübadilələri aparıb.

Qeyd edək ki, konfrans Türkiyə Respublikası Mədəniyyət və Turizm nazirliyi, UNWTO və UNESCO tərəfindənbirgə təşkil olunub.Tədbirin açılışındaMalta Respublikası Prezidenti Marie Louise Coleiro Preca fəxri qonaq qismində yer alıb.Tədbirdə iqtisadi artım, sosial inkişaf, turizm və mədəniyyətin qorunması sahəsində birgə əməkdaşlıq imkanlarının müəyyən edilməsi üzrə müzakirələr aparılıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: