EventsFestivallarJazzMədəniyyətTəqdimat

Beynəlxalq Bakı Caz Festivalı iki illik fasilədən sonra açıq elan olunub

Sentyabrın 10-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Beer Hall and Music Club”da XVI Beynəlxalq Bakı Caz Festivalının açılışı olub.

Frame.az xəbər verir ki, ikiillik fasilədən sonra keçirilən Bakı Caz Festivalı Azərbaycanın qəhrəman şəhidlərinin əziz xatirəsinə, eləcə də çətin zamanların ağırlığı altında əyilməyən caz musiqisinin ruhuna həsr olunub.

Festival “Fetiblue triosu”nun çıxışı ilə başlayıb. Feti Çağlayanın gitarasının məlahətli səsi gecəyə xüsusi rəng qatıb. Həmin gün “Dock in Absolute” qrupu da öz ustalığını nümayiş etdirib. Onların repertuarında səslənən həzin, bəzən də insan ruhunu coşduran mahnılar zalda əyləşənləri başqa bir dünyaya aparıb. Gecə cem-seyşnla davam edib.

Festival pandemiya qaydalarına uyğun təşkil olunub. Vaksin olunmayan şəxslər konsertə buraxılmayıb.

Qeyd edək ki, festival 8 gün davam edəcək və sentyabrın 18-də “Shahdag Night Club”da qala konsertlə başa çatacaq.

Bu günlər ərzində festivala Hollandiya, Macarıstan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan qruplar qatılacaq. Festivalda xarici həmkarları ilə birlikdə azərbaycanlı cazmenlər – Əməkdar artistlər Rain Sultanov, İsfar Sarabski, musiqiçilər Elbəy Məmmədzadə, Elvin Bəşirov, Diana Hacıyeva, Əfqan Rəsul, Nicat Aslanov və başqaları çıxış edəcəklər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!