TəqdimatƏn SonƏn Son

Beynəlxalq Muğam Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürmüşdür

Beynəlxalq Muğam Mərkəzi Koronovirusla Mübarizəyə Dəstək Fonduna dəstək aksiyasına qoşulub

BMM-nin kollektivi koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub. Mərkəz ölkə başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürmüşdür.

Mərkəzin kollektivi dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər, xalqımızın həmrəyliyi, hər bir vətəndaşın məsuliyyətli davranışı sayəsində ölkəmizdə bu virusun geniş miqyasda yayılmasının qarşısının alınacağına inamlarını ifadə edirlər. Unutmayaq ki, el gücü sel gücüdür!

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!