EventsMusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzi “Vətənim Azərbaycan”adlı yeni möhtəşəm layihəni təqdim edir

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan muğamlarını və onların əsasında yaranmış xalq mahnılarını geniş ictimaiyyət arasında təbliğinə həsr olunmuş bir neçə silsilə layihələr həyata keçirir.
Beynəlxalq Muğam Mərkəzinin “Vətənim Azərbaycan” adlı möhtəşəm layihəsinin iki tədbirdən ibarət olan açılış konserti keçirildi. İlk tədbirdə xanəndə  Eldəniz Məmmədov böyük proqramla çıxış edib.
İfaçını “Buta” instrumental ansamblı müşayiət etdi. Ansamblın bədii rəhbəri, tarzən Rövşən Qurabnovdur.
 Eldəniz Məmmədovun ifasında “Zabul” muğamı, “Zəminxarə”,”Qarabağ şikəstəsi”, “Sarı gəlin” xalq mahnısı və bəstəkar mahnıları gur alqışlarla qarşılandı.
Beynəlxalq Muğam Mərkəzi digər layihələr də həyata keçirir ki, bunlardan da “Aşıq musiqisi axşamları”,”Sirlər xəzinəsi”,”Unudulmayanlar” adlı layihələri xüsusilə qeyd etmək lazımdır.
Musiqini xalqlar arasında əsl sülh körpüsü adlandırmaq olar.Müxtəlif xalqların folklor musiqisinin və Azərbaycan muğamlarının, xalq mahnılarının Mərkəzin həyata keçirdiyi “Etnik musiqi inciləri” layihəsi də  xeyli zamandır ki,həm Azərbaycan,həm də xarici ölkə vətəndaşları arasında böyük rəğbətlə qarşılanır.
Martın 29-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində “Etnik musiqi inciləri” çərçivəsində  Yunanıstan musiqiçisi Nikos Ksantulis “Qədim Lira aləti” adlı konsert proqramı ilə çıxış edəcək.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!