EventsMusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində Aşıq Ədalət yaradıcılığına həsr olunmuş konsert keçirilib

Aprelin 12-də Beynəlxalq Muğam Mərkəzində Mərkəzin möhtəşəm  “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində  “Yaddaşlardan silinməz Aşıq Ədalət” adlı ədəbi-musiqili konsert keçirilib.Tədbir Azərbaycan aşıq musiqisi məktəbinin görkəmli nümayəndəsi,Əməkdar incəsənət xadimi aşıq Ədalətin həyat və yaradıcılığına həsr olunub.
Konsert proqramı çərçivəsində istedadlı aşıqlar Ramin Qarayev,Şəhriyar Şahverdiyev,Rafiq Göyçəli,Roman Azaflı,Sahib İsmiyev,Elvin Axundov,Zülfiyyə İbadova,Avdı Musayev,Azər Məhərrəmov,Şaiq İncəli,Şəhriyar Kərimli,Elməddin Məmmədli məşhur aşıq mahnılarını: “Divani”,”Kərəm gözəlləməsi”,”Orta sarıtel”,”Ruhani”,”Yanıq Kərəmi”,”Kərəm dübeytisi”,”Qaraçı”,”Baş sarıtel”,”Yüngül şərili”,”Müxəmməs” ifa ediblər.
İlk olaraq tamaşaçılara “Dədə Ədalət” filmindən bəzi məqamlar təqdim  olunub.
Konsertdə həmçinin Əməkdar mədəniyyət işçisi, folklorşünas Elxan Məmmədli çıxış edərək, dədə Ədalətin  Azərbaycan aşıq yaradıcılığı mühitindəki tutduğu yerindən, saz-söz sənətindən söhbət açıb.
Tədbirin ssenari müəllifi  Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Aşıqlar Birliyinin katibi Sənubər Bağırovadır.Gecənin aparıcısı şairə-publisist Çiçək Mahmudqızı idi.
Bu konsert də “Aşıq musiqisi axşamları” layihəsinin digər tədbirləri kimi Muğam Mərkəzinə aşıq musiqisini sevənləri toplamışdı ki,onlar da hər ifanı sürəkli alqışlarla qarşılayırdılar.
Xatırladaq ki, Beynəlxalq Muğam Mərkəzinin həyata keçirdiyi bu layihənin əsas məqsədi aşıq musiqisinin-qədim Azərbaycan musiqi irsinin geniş ictimaiyyət arasında təbliğidir.Aşıq musiqisi Azərbaycan dilinin,ədəbiyyatının və musiqisinin cəmindən ibarət olmaqla,milli kimliyimizin əsas göstəricilərindəndir. Aşıq musiqisi xalqımızın qəhrəmanlıq və azadlıq mübarizəsi tarixini vəsf edir,məhəbbət,sevgi hisslərini aşılayır.
Qeyd edək ki,2009-cu ildə aşıq musiqisi sənəti YUNESKO-nun qeyri-maddi irs reprezentativ siyahısına daxil edilmişdir.
Layihə Azərbaycan Aşiqlar Birliyinin dəstəyi ilə reallaşdırılır.”Yaddaşlardan silinməz Aşıq Ədalət” gecəsi də layihənin digər tədbirləri kimi aşıq musiqisi həvəskarları tərəfindən böyük diqqətlə və rəğbətlə qarşılandı.
Layihənin növbəti tədbiri-“Yeni səslər,qədim havalar” mayın 17-də reallaşacaq.
Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və İticket.az saytından əldə etmək olar.
Beynəlxalq Muğam Mərkəzində Aşıq Ədalət yaradıcılığına həsr olunmuş konsert keçirilib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!