FestivallarMusiqiTəqdimat

Beynəlxalq Muğam Mərkəzində “Bahariyyə. Muğam müasirliklə dialoqda” adlı konsert keçirildi

Oktyabrın 19-da Muğam Mərkəzdə V Beynəlxalq Xalça Simpoziumunun mədəni proqramı çərçivəsində “Bahariyyə. Muğam müasirliklə dialoqda”-dahi Azərbaycan şairi və filosofu İmaməddin Nəsiminin xatirsinə həsr olunmuş muğam konserti keçirildi.

Konsertdən əvvəl layihənin rəhbəri Cahangir Səlimxanov layihə haqqında məlumat verərək bildirdi ki, muğam haqqında qısa danışmaq qeyri-mümkündür. Layihə, eksprimental və qeyri adi musiqi janrlarını özündə ehtiva edir. Burada səslənən hər bir səsin özəlliyi var. Burada musiqinin müxtəlif janrları muğamla sintez olunur. Muğam bu günki müasir dünyamızda müxtəlif kontekstlərdə yaşayır. Layihənin əvvəlində səslənən sənaye səsləri və sonunda səslənən kosmik ritmlər xüsusi simvolik məna kəsb edir.

Daha sonra əsər təqdim olundu.

Bu musiqidən, ey same sana gər nəsnə kəşf oldu,

Məqamatın bəyan eylə, üsulun göstər ədvalın… İnsan mövcudluğunun ən universal mexanizmlərini dərketmə vasitəsi kimi Nəsiminin musiqi barədə bu dəyərli fikriləri orta əsrlərdə sevimli poetik hadisəyə baharın gəlişinə işarə edir. Təbiətin oyanma və canlanma metaforası dolayı yolla mənəvi oyanma və şüurun yeni səviyyəsinə çatması üçün zəruri olan ekstremal vəziyyətlə əlaqələndirilir. Təqdim edilən layihədə bu əhval-ruhiyyə muğamı kompleks poetik məzmununu, Azərbaycanda əsrlər boyu musiqçilər və müğənnilər nəsli tərəfindən böyük qayğı ilə ərsəyə gətirilmiş və nəsildən nəslə ötürülmüş musiqi ənənəsini anlamağa kömək edir.

“Bahariyyə” layihəsində muğam sənətinin yazılı və elektron səslər vasitəsilə yeddi dinamik qarşılaşmadan keçdiyi konsert proqramıdır. Burada musiqi vəziyyətin növləri qarşıdurmadan simbioza, qarşılıqlı əlaqəyə, birləşməyə  və muğamın quruluşunda gizlənmiş , İlahi həqiqətə doğru tədricən yüksəlmə barədə Sufi anlayışına işarə edən bütün mərhələləri aşmağa qədər fərqlənir. “Bahariyyə” adlı layihədə tətbiq edilmiş musiqili istinadlara Fikrət Əmirovun “Azərbaycan”  kapriççiosunun mövzusu, müasir caz, hip-hop və digər musiqi janrlarından çoxlu məqamlar, canlı solo tarla bərabər görkəmli tarzənlər Hacı Məmmədov, Bəhram Mansurov, Əkrəm Məmmədov və Ağasəlim Abdullayevin lentə alınmiş ifası ilə dialoq . Avropa bəstəkarlarından fraqmentlər ümumilikdə 42 fraqmentdən ibarət 5 peyzaj daxildir.

Təqdim edilən konsert proqramında ifa sənədli səsli mənzərə- səs sənətçisi Peter Cusack tərəfindən toplanmış Bakı ətrafı səslər, “Nasa” təşkilatının “Voyager” kosmik gəmisi tərəfindən qeydə alınmış Saturn planetinin titrəyişlərindən ibarət olan kolleksiya ilə başlanır. Dünyaca məşhur video sənət ustası Robert Cahen və Matias Guerranın Azərbaycanın xəyali musiqi mənzərəsindən ilhamlanaraq yaratdıqları videoəsər konsert boyu ifanı müşayiət edir.

Layihənin rəhbəri art menecer Cahangir Səlimxanov, ifaçılar Əməkdar artistlər Teyyub Aslanov (xanəndə), Əliağa  Sədiyev (tar), Şirzad Fətəliyev (balaban), Kamran Kərimov(nağara) və Elnur Mikayılovdur(kamança). Səs tərtibatçısı Fərhad Fərzalı, konsepsiya Vilayət Qəhrəmanzadədir. 

Konsert böyük alqışlarla qarşılandı. 

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!