EventsMuğamMusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində Bülbül festivalına həsr olunmuş qala konsert keçirildi

Dekabrın 23- də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan professional vokal sənətinin banisi, görkəmli müğənni, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illiyinə həsr edilmiş “Bülbül 120” musiqi festivalının qaliblərinin mükafatlandırılma mərasimi və qala konserti keçirilib.

   “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 may 2017- ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi 2017 – ci il dekabr ayının 18,19 milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliğində böyük rolu olan Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş musiqi festivalı keçirilmişdir.

   Xanəndəlikdən professional vokal ustasına kimi böyük yaradıcılıq yolu keçən Bülbül Azərbaycan musiqi mədəniyyəti tarixində silinməz iz qoymuş, dünya musiqi sənətinə parlaq səhifələr yazmışdır. Milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərmiş, müasir ifaçılar üçün gözəl örnəyə çevrilmişdir. Xalq musiqi nümunələrinin toplanılması, sistemləşdirilməsi, nota köçürülüb çap olunması, xalq musiqisinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında da Bülbülün müstəsna xidmətləri olmuşdur.

 Musiqi festivalının  keçirilməsində məqsəd xanəndəlik və vokal sənətini inkişaf etdirmək, isdedalı ifaçıları üzə çıxarmaq, onlara dəstək olmaq, yaradıcılıqları üçün geniş imkanlar yaratmaqdır.

Festival xanəndə, milli alətlər, vokal nominasiyaları üzrə keçirilmişdir.İştirakçıların ifalarını Xalq artistləri Mənsum İbrahimov, Ağasəlim Abdullayev, Fəxrəddin Dadaşov,Əməkdar artistlər Təyyar Bayramov, Təranə Əliyeva, Anar Şuşalı, Əməkdar Müəllim Qəzənfər Abbbasov qiymətləndirmişlər.

 İlk olaraq Beynəlxalq Muğam Mərkəzinin foyesində AMK-nın tərkibində İncəsənət Gimnaziyasının Təsviri və tətbiqi sənət şöbəsinin şagirdlərinin rəsmlərindən ibarət sərgi nümayiş olunub.

Mərasimdə Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Milli Konservatoriyasını rektoru, Xalq artisti Siyavuş Kərimi  çıxış edərək festival haqqında fikirlərini bölüşdülər və qalibləri diplomlarla tətif etdiblər.

Sonra  tədbir bədii hissə ilə davam edib.

 Bədii hissədə  Prezident təqaüdcüsü Nihad Orucov,  beynəlxalq müsabiqələr laureatları Sevda Cəlilova,   Süleyman Mahmudov,  İsgəndər Həsənzadə, respublika müsabiqəsi laureatları Cəlil Bəşirli, Aydın Rüstəmli, ifaçılar Nərgiz Haşımova,  Zəhra Məmmədova,Leyla Şıxıyeva, Pikə Axundova, Eldar Bayramov, Nərgiz Nuriyeva, Mustafa Eyyubov, Ruslan İsmayilov, Mircəciz İbrahimov, Əli Xuduzadə çıxış ediblər.

 Tədbirdə tanınmış incəsənət nümayəndələri Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Milli Konservatoriyasını rektoru, Xalq artisti Siyavuş Kərimi, Xalq artisti, pianoçu Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov, bəstəkar Faiq Sücəddinov,AMK-nın nəznində  musiqi kollecinin direktoru Nazim Kazımov iştirak ediblər.

Tədbir alqışlarla sona yetib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!