EventsMuğamMusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində Elxan Əhədzadənin yubiley gecəsi keçirildi

Yanvarın 29-da Beynəlxalq Muğam Mərkəzində,  Azərbaycan Televiziyası “Mədəniyyət”  kanalının təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində Xalq artisi, vokal sənətinin görkəmli nümayəndələrindən olan Elxan Əhədzadənin 70 illik yubileyinə həsr edilmiş bədii gecə keçirilib.

 Gecədə sənətkarın həyat və yaradıcılığından ibarət vidioçarx nümayiş olunub.

Elxan Əhədzadə 30 yanvar 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. 1967-ci ildə C.Cabbarlı adına Kinostudiyanın kino aktyoru kursunda Adil İsgəndərovun sinfini bitirmiş,1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərmişdir.1972-1977-ci illərdə İncəsənət İnsititutunun Musiqili komediya aktyoru fakültəsini bitirir və həmin ildən də Azərbaycan Dövlət Musiqili Komediya teatrında aktyor kimi çalışır. R.Hacıyevin “Mama ya jenyus”,”Kavkazskaya plemyanitsa” və s. əsərlərdə baş rollarda çıxış etmişdir.

Elxan Əhədzadə opera sahəsində bir-birindən maraqlı obrazlar yaradaraq Ü.Hacıbəylinin”Leyli və Məcnun”əsərində Nofəl, C.Bizenin ”Karmen” operasında Eskamin, R. Mustafayevin “Vaqif ”operasında Şah Qacar, S.Ələsgərovun ”Solğun çiçəklər” in də Bəhram, C.Verdinin “Riqoletto”əsərində Riqoletto və başqa rolları ilə yadda qalmışdır.

 Yubiley gecəsində Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov, Əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev çıxış edərək sənətkarın həyat və yaradıcılığından, Azərbaycan vokal musiqisi  sənətindəki xidmətlərindən söhbət açıblar.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Gecədə Xalq artisti Əli Əsgərov C.Verdinin “Simon Bokkaneqra”operasından Fieskonun ariyasını, Əməkdar artist İlahə Əfəndiyeva F.Əmirovun “Sevil”operasından “Sevilin laylası”nı,  Əmədar artist Afaq Abbasova A.Dvorjakın “Su pərisi” operasından

“Su pərisi”nin arisyasını, Əməkdar artist Səbinə Vahabzadə Ü. Hacıbəylinin “Koroğlu” oprasından “Xanəndə qızın mahnısı” nı, Əməkdar artist Gülnaz İsmayılova Françesko Çileanın  “Adriana Lekuvryer”operasından “Adriana Lekuvryerin” ariyasını, Əməkdar artist Zenfira İsmayılova Niyazinin “Arzu” mahnısını, Əməkdar artist Əliəhməd İbrahimov Aqustin Laranın “Qranada” əsərini,   Taleh Yəhyayev Q.Qarayev və C.Hacıyevin “Vətən” oprasından Mərdanın ariyasını, Elçin Əhədzadə V.A.Mosartın “Don Juan”operasından Leporellanın ariyasını, Aynur İsgəndərli isə  A.Zeynalının “Ölkəm” əsərlərini səsləndiriblər.

Tədbirin sonunda sənətkarın qardaşı Tərlan Əhədzadə  çıxış edərək  ailəsi adından tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək sənətkar haqqında xatirələrini bölüşüb.

 Konsert  maraqla və alqışlarla qarşılandı.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!