EventsMusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində Elza İbrahimovaya həsr olunmuş tədbir keçirildi

Aprelin 4- də Beynəlxalq  Muğam Mərkəzində məşhur bəstəkar, Xalq  artisti, Əməkdar incəsənət xadimi Elza İbrahimovanın 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Konsert Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət İncəsənət Universitetinin  “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi çərçivəsində reallaşıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən bəstəkar Elza İbrahimovanın 80 illik yubileyinə həsr olunmuş tədbirlər il ərzində həyata keçirilir.

Gecədə ADMİU-nun tələbələrinin ifasında Elza İbrahimovanın “Bakının işıqları”, “Sənsizliyin içində”, “O gözlər”, “Sevgilim tut əlimnən”, “Bilməzdim”, “Sən yadıma düşəndə”, “Qurban verərdim”, “Səslə məni”, “Daha məndə dözüm yox”, “Yalan ha deyil”, “Unuda bilməzsən”, “Gecələr bulaq başı”, “Sən bir nəğmə, mən bir nəğmə”, “bağçada keçmişəm”, “Mehribanım” və başqa sevilən mahnıları səsləndirilib.

 İfaçıları ADMİU-nun Xalq çalğı alətləri ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri Xalq artisti, professor Zamiq Əliyevdir.

Tədbirdə incəsənət xadimləri, tələbələr və Elza İbrahimovanın yaradıcılığını sevənlər iştirak ediblər. Konsert musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, sabah Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində görkəmli xanəndə, Xalq artisti Həqiqət Rzayevanın yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!