MusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində Jazz axşamı keçiriləcək

7 iyun tarixində Beynəlxalq Muğam Mərkəzində “Premier LTD” konsert agentliyi Fransa, Belçika, Türkiyə səfirlikləri və Beynəlxalq Muğam Mərkəzinin təşkilatı dəstəyi ilə internasional jazz layihəsini təqdim edəcək. Bu layihədə Fransa, Belçika və Türkiyədən məşhur musiqiçilər iştirak edəcəklər. Azərbaycanı istedadlı jazmen və bəstəkar Elçin Şirinov təmsil edəcək.

Bu axşam iki konsert baş tutacaq, hansılarda dinləyicilər müxtəlif ifa üslubları ilə tanış olacaq, mədəniyyətlərin unikal musiqi sintezindən həzz ala biləcəklər.

Elçin Şirinov Trio (Elchin Shirinov’s project) Linley Marthe (Fransa), Stephane Galland (Belçika) kimi musiqiçilərdən ibarətdir.

Bu layihə Fransada, keçən ilin Sunnyside festivalında yaranmışdır. O zaman ifaçılar, maraqlı və canlı improvizasiyadan həvəslənib, bir neçə konsertdə ifa çıxış edib, avqust ayında albom yazmaq qərarına gəldilər.

Brad Mehldau – müasirliyin dahi jazz musiqiçilərindən biri bu albomu dinlədikdən sonra dedi: ” Bu albom böyük nailiyyətdir – dinləmək xoşdur, kompozisiyalar güclüdür və ifa çox yaxşıdır”.

 Elçin Şirinov Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur jazmenlərindən dərs alaraq öz ifasını mükəmməlləşdirib. O, çoxsaylı miqyaslı bexnəlxalq festivallarda (Polşada Voicingers, Montre, Paris London, Çin) iştirak edib.

Layihənin daha bir iştirakçısı Mavrikiyalı Linley Marthe artıq çox illər ərzində Parisdə yaşayır və işləyir. On dünya jazında ən öngedən basistlər arasındadır. O bir çox konsertlərdə Cheb Mami, Dave Liebman, Trilok Gurtu, Jean Luc Ponty, Paco Séry и Randy Brecker kimi musiqiçilərlə çıxır edib. Onun bioqrafiyasında vacib yer Djo Zavinula ilə bərabər işlədiyi dövr çox mühüm yer tutur. Dahi musiqiçi onun haqqında belə səslənirdi: “Linli – bir fenomendir. Mən bass ifasında onunla müqayisə ediləcək birini tanımıram”.

Üçüncü iştirakçı – belçikalı Stéphane Galland – barabançı, hansı ki artıq 11 yaşından Jean-Pierre Catoul и Eric Legnini kimi jazz ifaçıları ilə çıxış edirdi və daha sonra sonuncu ilə iki albom buraxdı. Stefan klassik, afrikan və pop üslubunda ifə edir. 2003-cü ildə o Syndicate qrupu Djo Zavinul ilə qastrollara çıxıb qrupun üzvünə çevrildi.

Həmin axşam izləyiciləri daha bir maraqlı görüş gözləyir – Türkiyənin məşhur jazz musiqiçisi gitarist Önder Focan və onun qrupu. İfaçı, aranjemançı və bəstəkar, 13 albom buraxmış və 90-dan artıq beynəlxalq festivallarda həm münsif heyyəti həm ifaçı kimi iştirak edib. O öz ətrafında istedadlı və cavan musiqiçiləri toplayıb, onlarla öz son “Funkbook” albomunu yazıb. Məhz bu albomilk olaraq Bakıda təqdim olunacaq. Layihədə cavan lakin artıq məşhur saksofonist qardaşlar Anıl və Batuhan Şallıel iştirak edəcəklər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!