Ən Son

Beynəlxalq Muğam Mərkəzində Mobil Babayevin yaradıcılıq gecəsi keçiriləcək

Oktyabrın 10-u saat 19:00-da Azərbaycan Televiziyası Mədəniyyət Kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçiriləcək. Gecədə Azərbaycan Televiziyası və Radiosunun “Qaytağı” instrumental ansamblının müşayiətilə bəstəkarın mahnıları ifa olunacaq. Ansamblın bədii rəhbəri Xalq artisti Ənvər Sadıqovdur. Konsertdə xalq artistləri Mübariz Tağıyev, Gülyanaq Məmmədova, Əməkdar artist Lalə Məmmədova, İlkin Əhmədov, Səbinə Əsədova, müğənnilər Cavan Zeynallı, Adil Axundov, Rövşən Qəhrəmanov,Taleh Yəhyayev, Şölə Səfərəliyeva, Cavid Məmmədov və “Sevil“ vokal kvarteti çıxış edəcək.

Konsertin biletləri şəhərin kassalarından, Asan Xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!