FestivallarMusiqiTəqdimatƏyləncə

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm konsert ilə Caz günü qeyd olundu

Aprelin 30-da Beynəlxalq Muğam Mərkəzində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Caz Günü münasibəti ilə konsert keçirilib.
Gecədə  Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov, Bakı Caz festivalının direktoru Leyla Əfəndiyeva, “A+A” şirkətlər qrupunun rəhbəri Rauf Əliyev və ABŞ-ın ölkəmizdəki müşaviri Uilyam Gill çıxış edərək, aprelin 30- da VII Beynəlxalq Caz Gününü qeyd etməkdə qürur duyduqlarını bildirdilər.Bu musiqi sənəti ötən əsrin 30-cu illərindən başlayaraq ölkəmizdə populyarlıq qazanmış və sevilməyə başlamışdır. Sonralar caz musiqisi öz inkişaf yolunu uğurla davam etdirib və təkrarolunmaz Azərbaycan cazının təməli qoyulmuşdur.
Beynəlxalq Caz Gününün qeyd olunması caz sənətinə və irsinə ehtiramın ifadəsi olmaqla yanaşı,həm də məqsəd  musiqi vasitəsi ilə insanları bir araya gətirməkdir.
UNESCO 2011-ci ildən 30 aprel tarixini Beynəlxalq Caz Günü kimi təsis edib və həmin ildən etibarən bu gün münasibətilə keçirilən tədbirə bir sıra şəhərlər ev sahibliyi edib.   Daha sonra UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının loqosunun həkk olunduğu xatirə hədiyyəsi Bakı Caz Festivalının rəhbəri Leyla Əfəndiyevaya təqdim edilib.
 Tofiq Həsənsoyun və Günay Talışxanovanın aparıcılığı ilə keçən konsertin bədii hissəsində Əməkdar artistlər Ruslan Hüseynov, Elvin
Leyla Əfəndiyeva bildirib ki, Azərbaycanda cazın böyük tarixi var.Ölkəmizdə Tofiq Quliyevin, Niyazinin, Tofiq Əhmədovun rəhbərliyi ilə caz kollektivləri fəaliyyət göstərib.Azərbaycan caz musiqisi aləmi Vaqif Mustafazadə və Rafiq Babayevin adı ilə məşhurlaşıb.
Bəşirov,Rain Sultanov, İsfar Sarabski,Tural Rafael habelə Vadim Abranov, Elnarə Həsənli, Elvin Bəşirov, Məlik Ramiz, Məhəmməd Məhəmmədli, Polad Murtuzayev və Seymur Həsənsoy öz ifaları ilə caz musiqisevərlərin könlünü oxşadılar.
 Əməkdar artist, məşhur pianoçu, bəstəkar İsfar Sarabski və məşhur cazmen, saksafonist Rain Sultanovun birlikdə ifası zalda əyləşənləri gözəl improvizasiyalarla heyrətə gətirdilər.
Daha sonra gecənin xüsusi qonaqları  ABŞ-ın tanınmış caz qrupu “Kennedy Administration” fank və pop caz musiqi üslubunda ifalarını tamaşaçılara təqdim ediblər.
  Dinamik “Kennedy Administration” qrupunu dinləyicilər Bakı caz festivalı çərçivəsindən tanıyır. Qrupun çıxış etdiyi istənilən səhnədə səmimiyyət yaranır və dinləyicilərə enerji bəxş edir. Stiv Uander, Qreqori Porter və Andra Dey kimi kumirlərindən ilham alaraq instrumental trio Kennedy Administration çox sayda konsertlərlə çıxış etmişlər.
Sonda yerli ifaçılar və “Kennedy Administration” qrupu  birlikdə tamaşaçılara klassik və müasir caz nümunələrinin sintezindən ibarət kompozisiya təqdim etdilər.
 Konsert caz musiqisevərlər tərəfindən sürətli  alqışlarla qarşılandı.
Qeyd edək ki, mayın 4-de Perudan gelen etnik musiqiçilərinin iwtiraki ile Charango meets mugam adlı konsert keçiriləcəkdir. Konsertdə əcnəbi ifaçılarla yanaşı Azərbaycan musiqiçiləri də çıxış edəcəklər.
 Biletləri şəgərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və İticket.az saytından əldə etmək olar.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!