MusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinin “Şüştər” və “Hümayun” muğamı səsləndi

Beynəlxalq Muğam Mərkəzi muğamsevərləri bir araya topladı. Beləki 30 İyun Beynəlxaql Muğam Mərkəzində “Muğam axşamları”layihəsi çərçivəsində “Şüştər” və “Hümayun” muğamları səsləndi.

Mayın 16 da start verilən “Muğam axşamları” layihəsi “Şüştər” və “ Hümayun” muğamları ilə sona yetdi.

Muğamın şöbə və güşələrini xanəndələr Əməkdar artist Sevinc Sarıyeva,   Əməkdar müəllim Qəzənfər Abbasov, Muğam Müsabiqəsinin laureatı Məhəbbət Səfərov ifa etdi. Onları Xalq Çalğı alətələri ansamblı  ( tarda- Rəşad İbrahimov, kamançada-Təbriz Yusubov, udda-Xəyyam Həsənli, qanunda – Aysu Sadıqova, balabanda – Elnur Hüseynov, nağarada- Elnur Əliyev) müşayət etdilər.

“Şüştər “ və “ Hümayun” yeddi əsas Azərbaycan muğamlarındandır. “Şüstər” lad etibarilə “Şur” muğamına daha yaxındır.

Muğamsevərlər tərəfindən gur alqışlar başa çatan konsert “Muğam axşamları” layihəsinin son tədbiri idi. Beynəlxalq Muğam Mərkəzi yeni mövsümdən muğam dinləyiciləri yeni-yeni layihələr, muğam konsertləri və tədbirlər ilə bir araya toplayacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!