EventsFestivallarMuğamMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası”adlı konsert təqdim olunacaq

Beynəlxalq Muğam Mərkəzində sentyabrın 19-da “Rast dünyası” adlı konsert proqramı təqdim olunacaq. Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə muğam və təsniflər səsləndiriləcək.

“Könül” ansamblının müşayiət edəcəyi konsert çərçivəsində Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanov çıxış edəcəklər. Sevilən xanəndələrimizin hər birinin “Rast” muğamına  fərdi baxışı və yanaşması fərqli bir muğam axşamı dəstgahı vəd edir.

Əziz musiqi həvəskarları !

Muğamların birincisi sayılan ,  bədii təsir qüvvəsi etibarı ilə coğqunluq, çağırış  ruhu, əzəmət, təntənə əhvalı  yaradan  “Rast” muğamının dərin fəlsəfəsindən zövq almaq istəyən bütün muğamsevərləri 19 sentyabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinə dəvət edirik.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!