EventsMusiqi

Beynəlxalq Muğam Mərkəzində tanınmış rusiyalı skripkaçı Elina Drux çıxış etdi

Yanvarın 16-da Beynəlxalq Muğam Mərkəzində,Beynəlxalq Muğam Mərkəzinin “Klassik musiqi inciləri” layihəsi çərçivəsində rusiyalı skripkaçı,  beynəlxalq müsabiqələr laureatı Elina Drux konsert proqramı ilə çıxış edib.
Elina Drux Sankt-Peterburq Konservatoriyasının məzunu, Bayroytedə keçirilən Pasxal festivalının laureatı, Sviridov adına beynəlxalq müsabiqənin laureatı, Mravinski adına beynəlxalq festivalın laureatı, “Rusiyanın gənc istedadları” ümumrusiya müsabiqəsinin, Vayman adına beynəlxalq müsabiqənin, Birinci ümumrusiya müsabiqəsinin, Rahmanınov adına 5-ci beynəlxalq müsabiqənin, Yelski adına 3-cü beynəlxalq müsabiqənin  və Bakıda keçirilən respublika müsabiqəsinin qalibidir. Elina Drux 2014-cü ildə Auera adına beynəlxalq müsabiqənin xüsusi prizinə layiq görülmüşdür.
   Elina Drux Avropanın və Rusiyanın bir çox şəhərlərində çıxış edir və eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olur.İfaçı Sankt-Peterburq hökumətinin “Pedaqoji ümidlər” mükafatına layiq görülmüşdür.
O mütəmadi olaraq     Sankt-Peterburq filarmoniyasının böyük və kiçik zallarında, Dövlət Akademik Kapellasında, Konservatoriyanın böyük və kiçik zallarında, Danimarka Mədəniyyət İnstitutunda və başqa yerlərdə çıxış edir.
Gecədə ifaçı  dünya və Azərbaycanın klassik bəstəkarlarından  E. Şessonun “Poema”, İ.S.Baxın “Çakona”, F.Əlizadənin “İmpuls”, P.İ.Çaykovskinin “Vals-skerso”, “Düşüncə”, “Melodiya”,  ”Melonxolik serenada” A.Zeynalının “Muğamsayağı” əsərlərini ifa edib.
 Elena Drux məşhur bəstəkar,Xalq artisti Firəngiz Əlizadənin əsərini ifa edib və ona minnətarlıq əlaməti olaraq gül dəstəsi təqdim edib.
Elena Drux Day.az müsahibəsində Azərbaycan xalqının çox qonaqpərvər olduğunu qeyd edib, Beynəlxalq Muğam Mərkəzinə konsert üçün yaratdığı imkana görə təşəkkürünü bildirib.
 Konsertdə ifaçını beynəlxalq müsabiqələr laureatı Aslan Aslanov müşayiət edirdi.
 Konsert klassik musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.
Yanvarın 27- də Beynəlxalq Muğam Mərkəzində məşhur İsveçrəli bugi-vugi və blüz ifaçısı Silvan Zinggin təqdimatında “Bugi-Vugi” adlı  konserti keçiriləcək.
Biletləri şəhərimizin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və İticket.az (online) saytından əldə etmək olar.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!