MuğamMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində”Muğamat var olan yerdə” layihəsi davam edir

Beynəlxalq Muğam Mərkəzi keçən mövsümdə olduğu kimi 2017- ci ilin yeni mövsümündə də bir neçə layihələrə start verir.

    Bunlardan biri də Beynəlxlaq Muğam Mərkəzinin və Mədəniyyət kanalının “Muğamat var olan yerdə”adlı layihəsidir.

    Beynəlxalq Muğam Mərkəzinin bu layihəsi çərçivəsində oktyabrın 26 –da VI televiziya Muğam Müsabiqəsinin qalibi Pərviz Qasımovun konserti keçirildi.

Konsert Pərviz Qasımovun “Mirzə Hüseyn segahı”nın ifası ilə açıldı. Daha sonra xanəndə “Dilkeş”, “Şikəsteyi-fars” təsniflərini,”Dəli ceyran”,”Xumar oldum”(xalq mahnıları),”İlk məhəbbət”(Habil Əliyev), ”Yaşa məhəbbətim, yaşa ürəyim” (Əlibaba Məmmədov)mahnılarını ifa etdi.

    Uğurla,tamaşaçıların alqışları ilə keçən solo-konsert Pərviz Qasımov və onun muğam müəllimi, Əməkdar artist Təyyar Bayramovun birlikdə ifa etdikləri “Qarabağ şikəstəsi” ilə sona yetdi.

 Xanəndəni “Uğur” ansamblı müşaiyət edirdi. Konserti Altay Niftəliyev (ansamblın bədii rəhbəri,tarzən), Araz Ağaverdiyev(kamança), Aysu Sadıqova( qanun), Qalib Həşimov(ud), Valeh Aslanov(piano), Süleyman Əliyev(Balaban), Ramin Abdullayev(nağara), Tərlan Mürşüdov(qoşa-nağara) müşayiət etdilər.

     Noyabrın 1- də Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları”layihəsi çərçivəsində “Orta Mahur” və “Rahab” muğamları ifa ediləcəkdir. Biletləri şəhərin kassalarından, Asan xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!