EventsMuğamMusiqiMədəniyyətOxu zalıTəqdimat

Beynəlxalq Muğam Mərkəzinin möhtəşəm “Qəzəllər” layihəsinə start verilib

Beynəlxalq Muğam Mərkəzi bir neçə möhtəşəm layihə həyata keçirir.
Bunlardan “Unudulmayanlar”, “Muğam axşamları”, “Muğamat var olan yerdə”, “Aşıq musiqisi axşamları”, “Dastan gecələri” və.s. misal göstərmək olar.
Bu günlərdə isə “Qəzəllər” adlı layihəyə start verilib.
Azərbaycanın ənənəvi ifaçılıq tarixində mühüm yer tutan muğamlarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Azərbaycanın birinci-Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban хаnım Əliyevanın mədəniyyətimizə, muğam sənətimizə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq  YUNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ   siyahısına daxil edilib. Muğam ifaçılığında muğamların şöbələrinə, guşələrinə uyğun qəzəllərin seçilməsi mühüm əhəmiyyət kəsb edir. Qəzəl seçiminin muğam ifaçılığındakı yerini nəzərə alaraq, Beynəlxalq Muğam Mərkəzi belə bir layihəyə imza atıb. “Qəzəllər” layihəsinin hər təqdimatında qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış Azərbaycan klassik şairlərinin əsərlərinə müraciət ediləcəkdir.

Noyabrın 15-də saat 19:00- da baş tutacaq “Qəzəllər” layihəsinin növbəti tədbirində dahi Məhəmməd Fizulinin qəzəlləri səslənəcək. Konsertdə xanəndələr Almaxanım Əhmədli, Hüseyn Məlikov və Məmməd Nəcəfov muğamlardan parçalar və təsniflər ifa edəcəklər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!