EventsMuğamMusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” ı adlı möhtəşəm layihəsi davam edir

Noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi olan “Muğam axşamları” adlı layihənin ikinci mərhələsinin növbəti konserti keçirildi. Konsertdə “Bayatı Qacar” və “Şahnaz” muğamları səsləndi.

Bayatı Qacar muğamını xanəndələr Respublikanın Əməkdar müəllimi Qəzənfər Abbasov və Əməkdar artist Nuriyyə Hüseynova  ifa ediblər.

Sonra isə  Əməkdar müəllim Qəzənfər Abbasov tələbələri, V Muğam Televiziya Müsabiqəsinin laureatı Ülviyyə Məmmədzadə  və VI Muğam Televiziya Müsabiqəsinin laureatı Nüsabə Kərimova ilə birlikdə  “Şahnaz  muğamını səsləndiriblər.

Gecədə xanəndələri  İlhamiz İsmayılov (tar), Bayram Əliyev (kamança), İdris Tağıyev(balaban),Elnur Əliyev (nağara) müşayiət ediblər.

Xanəndələrin “Bayatı Qacar” və “Şahnaz” muğamları ilə  bərabər səsləndirdikləri xalq mahnıları da tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Noyabrın   29 – da Beynəlxalq Muğam Mərkəzində “Qatar”, “Dəşti”, “Mirzə Hüseyn Segahı”səslənəcək.

Biletləri şəhərimizin kassalarından”ASAN xidmət”mərkəzlərindən  və iticket.az  (online) saytından əldə edə bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!