EventsMədəniyyətOxu zalıTəqdimat

Beynəlxalq Muğam Mərkəzinin “Qəzəllər” layihəsi tamaşaçıları bir daha sevindirdi

Noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin  “Qəzəllər” layihəsi çərçivəsində, böyük Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin qəzəlləri mövzusunda gözəl musiqi gecəsi keçdi.
Gecədə xanəndələr Sədəf Budaqova, Elgiz Əliyev və Gülzar Fərəcovanın ifasında Seyid Əzim Şirvaninin qəzəllərinə “Zabul Segah” muğamı səsləndi.
Xanəndələri tarda Nurlan Cəbizadə, kamançada Müşfiq Lətifov, balabanda Rafael Əsgərov, nağarada Vüsal Bayramov müşayiət edirdilər.
Seyid Əzim Şirvaninin qəlbləri fəth edən qəzəlləri, şux təsnif və rənglər gecəni yaddaqalan və rəngarəng etdi.
Tədbir qəzəlsevərlər üçün çox maraqlı keçdi  və gur alqışlarla qiymətləndirildi.
Beynəlxalq Muğam Mərkəzinin yeni “Qəzəllər” layihəsinin hər təqdimatında tanınmış və gənc xanəndələrin ifasında tamaşaçılara  qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış dahi Azərbaycan klassik şairlərinin əsərləri təqdim edilir.

“Qəzəllər” layihəsinin növbəti tədbiri Beynəlxalq Muğam Mərkəzində dekabrın 20-də saat 19:00-da keçiriləcək. Konsertdə Əliağa Vahidin qəzəlləri səslənəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!