Faydamız OlsunSağlamlıqSərgi

Beynəlxalq sərgi çərçivəsində ödənişsiz müayinələr keçiriləcək

Sentyabrın 28-dən 30-dək Bakı Ekspo Mərkəzində təşkil olunacaq XXIII Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” sərgisində ödənişsiz müayinələr keçiriləcək.

Frame.az xəbər verir ki, müayinələrə 30-a yaxın meyar daxildir. Bu meyarlara nəbz, orta arterial təzyiq, aritmiya, xolesterin, ümumi xolesterin, müxtəlif sıxlıqlı lipoproteidlər, triqliserid, qan, aclıq və toxluq şəkəri, bədən-vücud analizi, 10 illik ürək qan-damar xəstəlikləri riski və s. daxildir.

Ödənişsiz müayinə üçün Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) stendinə yaxınlaşmaq lazımdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!