EventsFaydamız Olsun

Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü

Əziz dostlar! Sizi Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü çərçivəsində “Coca-Cola” şirkəti, “Green Baku” ekoloji gənclər birliyi, “ASAN School” könüllülük məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, Bakı Nəqliyyat Agentliyi, “Bakcell” şirkəti və PAŞA Bankın birgə təşkilatçılığı ilə həyata keçirilən ölkənin ən genişmiqyaslı Xəzər sahilyanı təmizlik aksiyasında iştiraka dəvət edirik!

Hər ilin sentyabr ayında keçirilən Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü “Coca-Cola” tərəfindən artıq 20 ildən çox dəstəklənən və yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır.

Cari ildə ölkəmizdə aksiyanın baş tutacağı ərazi Xəzər dənizinin ən çox tullantılara məruz qalan bölgələrindən olan Bilgəh qəsəbəsində yerləşən çimərlikdir (Xəritə: https://www.trashout.ngo/illegal-dump/6418850052571136 ).
Hər birinizi bu möhtəşəm ekoloji təşəbbüsə qoşulmağa və təbiətə töhfə verməyə çağırırıq!

Aksiya 24 sentyabr tarixində baş tutacaq. Təbiətsevər dostlarımızın saat 9:00-da Atletlər kəndinin arxasında (Koroğlu m. st. yaxınlığı) toplanış məntəqəsində olması xahiş olunur. Saat 9:30-da xüsusi nəqliyyat vasitələri ilə təyinat nöqtəsinə yola düşüləcək.

Layihə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Təmiz Şəhər” ASC tərəfindən dəstəklənir.

Qeyd edək ki, iştirakçılar bütün gərəkli ləvazimatlar (köynək, əlcək, zibil paketləri, dezinfeksiya və təmizlik vasitələri), nəqliyyat, qida və aksiya ərzində sərinləşdirici içkilərlə təmin olunacaqlar.

Aksiya musiqili əyləncə proqramı ilə yekunlaşacaq 🙂

Ətraf mühitin qeydinə birgə qalaq!14359218_1452409608119175_762393934390467809_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!