Təqdimat

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondununun prezidenti Günay Əfəndiyeva Estoniya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Maya Tasa ilə görüşüb

G.Əfəndiyeva Fondun türkdilli xalqların tarixinin, mədəniyyətinin mühafizəsi, təşviqi istiqamətində apardığı fəaliyyətindən söz açıb, gələcək iş və layihələrdən bəhs edib. G.Əfəndiyeva həmçinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk Dünyası tarixi-mədənin irsinin dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi layihələrindən, xarici ölkələrdə təşkil etdiyi konfrans, seminarlardan söz açıb.

M.Tasatürkdilli xalqların tarixi-mədəni irsinin qorunması, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Fondun təsis edilməsinin əhəmiyyətini vurğulayıb. Səfir Fondun həyata keçirəcəyi layihələrə dair dəstəyini ifadə edərək bildirib ki, Fond ilə Estoniya Respublikasının Bakıdakı Səfirliyi arasında uğurlu əməkdaşlığın inkişafına inanır.

Görüş zamanı Estoniyada, ümumilikdə Baltikyanı ölkələr türk mədəniyyətinin və irsinin daha da təbliğ edilməsinin vacibliyini qeyd edib. Tərəflər Türk Dünyası və Baltikyanı ölkələri mədəniyyətlərini təbliğ etmək, bu xalqlarıfərqli mədəniyyətlərlə tanış etmək üçün gələcək sıx əməkdaşlığa dair müxtəlif müzakirələr aparıb.

Frame.az

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!