Biləsuvarda Qadın Resurs Mərkəzi açıldı

7 dekabrda Biləsuvarda Avropa İttifaqının (Aİ) və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMTİP və Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti ilə birgə həyata keçirdiyi layihənin bir hissəsi kimi yeni Qadın Resurs Mərkəzi açılıb.

Bu mərkəzin məqsədi qadınların sosial həyatda aktiv iştirakını gücləndirməyə kömək etməkdir. Bu mərkəz qadınların iqtisadi və sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, eləcə də bacarıqlarının inkişafı, sahibkarlıq fəaliyyəti, peşə təhsili və özünü təqdimat üzrə müxtəlif imkanlarla təmin etmək üçün ictimai platforma kimi fəaliyyət göstərəcək.

Tədbirdə iştirak etmiş AI Nümayəndəliyi, BMTİP, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bilasuvar rayonunun İcra Başçısı layihə çərçivəsində qadınların yeni qurduğu sahibkarlıq fəaliyyəti (geyim mağazası, gözəllik salonu) ilə tanış olmuşlar. Frame.az Delegation of the European Union to Azerbaijan #EU #UNDP #WomenResourCentre 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: