Bilirsinizmi? 5 avqust beynəlxalq işıqfor günüdür

İlk elektrikli işıqfor 1914-cü ilin 5 avqustunda ABŞ-da quraşdırılmışdır. Dünyada ilk dəfə Klivlend yol kəsişməsində qırmızı və yaşıl işıqdan ibarət olmuşdur. Qırmızı və yaşıl işıq insan nəzərini ən tez cəzb edən rənglər olduğundan məhz bu rənglərdən işıqforda istifadə olunmuşdur.

Ancaq deyilənlərə görə 1914-cü ildən öncə dünyada ilk işıqfor 1868-ci ildə Londonda Parlament binasının qarşısında quraşdırılmışdır. Ancaq bu işıqfor yalnız dəmir yollarında quraşdırılmış, açılıb bağlanan taxta parçasından idi. Günümüzdə olan, təkmilləşdirilmiş işıqfor 1914-cü ildə tərtib olunmuşdur deyə məhz  5 avqust “İşıqfor” günü kimi qeyd edilir. Bu arada Rusiya federasiyasında isə 1930-cu ildə Leninqrad və Moskva şəhərində quraşdırılmışdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: