Idman

Binə Atçılıq Mərkəzinin qapalı manejində bu ilin son yarışı keçirilmişdir

9 Dekabr 2017-ci il tarixdə Binə Atçılıq Mərkəzinin qapalı manejində bu ilin son yarışı keçirilmişdir. Yarış E, M* və S* kateqoriyaları üzrə təşkil olunmuşdur.

“ARAF Kuboku” uğrunda mübarizədə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak etmişdir. E kateqoriyası üzrə maneələrin hündürlüyü 80-85 sm olan yarışda 3-cü yeri “Omar” klubunun idmançısı Nurlan Rüstəmov Emily Du Barbour ləqəbli atla, 2-ci yeri “Sərhədçi” klubunun idmançısı Dunyamalı Qurbanbəyov Gilas ləqəbliatla, 1-ci yeri isə Atçılıq məktəbinin idmançısı Ramil İbrahimov Light Limerick ləqəbli atla qazanmışdır. M1* kateqoriyası üzrə maneələrin hündürlüyü 120-125 sm olan yarışda 3-cü yerə “Elit” klubunun idmançısı Elmar Abdullayev Cera 59 ləqəbli atla, 2-ci yerə “Buta Golden” klubunun idmançısı Yahor Morotski Astrello ləqəbli atla, ilk pilləyə isə “Sərhədçi” klubunun idmançısı Seyid Musayev Cissy ləqəbli atla yüksəlmişdir.

Günün sonuncu S1* kateqoriyası üzrə maneələrin hündürlüyü 130-140 sm olan final yarışında 3-cü yeri “Elit” klubunun idmançısı Elmar Abdullayev Cera 59 ləqəbli atla, 2-ci yeri “Omar” klubunun idmançısı Ələkbər Məmmədov Francescco ləqəbli atla, 1-ci yeri və ARAF Kubokunu isə “Buta Golden” klubunun idmançısı Yahor Morotski Astrello ləqəbli atla qazanmışdır.

Turnirin ümumi mükafat fondu 5000 AZN təşkil etmişdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!