“Bir günəşin altında” adlı geniş bayram tədbiri təşkil edilib

Azərbaycan Xalça Muzeyində “Azərsun” holdinqin dəstəyi ilə 1 iyun- Uşaqların Beynəlxalq Müdafiə gününə həsr edilmiş “Bir günəşin altında” adlı geniş bayram tədbiri təşkil edildi.

Tədbiri açan muzeyin Uşaq Muzeyi şöbəsinin müdiri Azər Abdullayevdedi ki, ölkəmiz bir çox beynəlxalq konvensiyalara qoşularaq fəal  iştirak edir. Hər il “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” dünyada və Azərbaycanda geniş şəkildə qeyd edilir. Azərbaycan  Xalça  Muzeyi bu il də öz ənənəsinə sadiq qalaraq uşaqları diqqətdən kənarda qoymayıb və bu bayramı maraqlı proqramla qeyd edir.

Tədbirdə “Uşaqların uşaqlara yardımı” başlığı altında Bakı şəhərinin bir sıra özəl məktəblərinin şagirdlərinin əl işlərindən ibarət fiziki məhdudiyyətli uşaqlara yardım aksiyası təşkil olundu.             

Muzeyin qarşısında açıq havada davam edən  bayram tədbiri uşaqların böyük sevincinə səbəb oldu.

Təıdbir zamanı müxtəlif proqramlar çərçivəsində Uşaq  Muzeyi şöbəsinin əməkdaşları tərəfindən uşaqlar üçün maraqlı proqram təqdim olundu. Belə ki, “Öz xalçanı yarat”, “Birlikdə rəqs edək”, “Ornamentlərin ahəngi” adlı müsabiqələr, “Göz yaddaşını yoxla”, “Xalçadakı ornamenti bəzə” adlı oyunlar, “Ebru sənəti”, “Şəddə xalçasının toxuma texnologiyasının öyrədilməsi”, “Gəlincik”, “Milli çanta”, “Öz zövqün ilə bəzə” adlı ustad dərslər təşkil olundu. Həmçinin “Sən istedadsan” layihəsinin iştirakçıları olan şagirdlərin – Aydan İlxaszadə, Yıldırım Dəniz, Cavidan Qənizadə, Ferraz Dalila və Hüseynzadə Sahibin ifasında musiqi nömrələri təqdim olundu. Tədbirdə müxtəlif  nağıl qəhrəmanlarının iştirakı ilə viktorinalar təşkil olundu. Tədbirdə çıxış edən məktəblərin şagirdləri təşkilatçılar tərəfindən mükafatlandırıldılar.

1 iyun 1950-ci il tarixində BMT –nin Baş Assambleyası tərəfindən bu günün “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi  qeyd olunması qərara alınıb. Qərar “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı müzakirədən sonra öz təsdiqini tapıb.  Beləliklə, dünyanın əksər ölkələrində  “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”  qeyd edilir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: