EventsTəqdimat

“Bir kərə yüksələn bayraq, bir daha enməz”!

Xalça Muzeyində “Bir kərə yüksələn bayraq, bir daha enməz”! adlı tədbir keçiriləcək.

Cari ilin 9 noyabr tarixində saat 14:00-da Azərbaycan Xalça Muzeyində Bayraq gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq, bir daha enməz”! adlı tədbir keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Şuşa şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Xalça Muzeyi Şuşa filialı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Texniki Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ, BİR DAHA ENMƏZ!” adlı tədbir keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Tədbirin keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə tariximiz, milli adət-ənənələrimiz və dəyərlərimiz haqqında geniş məlumatlar verməkdir.
İlk olaraq tədbiri Azərbaycan Xalça Muzeyi Şuşa filalının müdiri Səbinə Əzizova açaraq qonaqları salamlayacaq. Daha sonra Azərbaycan Respublikası Şuşa şəhər İcra Hakiminin başçısı Bayram Səfərov çıxış edəcək.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Texniki Yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı təqdim olunacaq.

Fuad Rəsul
Azərbaycan Xalça Muzeyi
Mətbuat katibi

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!