Bir neçə tribunada biletlər tamamilə satılıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yarışa sayılı günlərin qaldığı bir ərəfədə ölkə ictimaiyyətinə böyük məmnuniyyətlə bildirir ki, paytaxtda bu həftəsonu baş tutacaq 2018 Formula 1 Azərbaycan Qran Prisinə olan biletlərin əksəriyyəti satılıb.

Son məlumata əsasən Filarmoniya, İçəri Şəhər və Bulvar tribunalarına, həmçinin Abşeron tribunasının “B” və “C” sektorlarına aid biletlərin hamısı satılıb. Qalan tribunalar üçün olan biletlər də artıq satılıb qurtarmaq üzrədir.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim son günlər yerli tamaşaçıların yarışa böyük rəğbət göstərdiyini deyib: “Hər il olduğu kimi bu il də yarışa yaxınlaşdıqca bilet alanlar arasında yerli Formula 1 həvəskarları üstünlük təşkil etməkdədir. Eyni zamanda biz bu il yarışa həm beynəlxalq, həm də yerli səviyyədə daha böyük maraq müşahidə edirik. Şübhəsiz ki, bunda Bakı Şəhər Halqasının möhtəşəm F1 yarışlarına evsahibliyi etməsi ilə yanaşı burada tamaşaçılar üçün müxtəlif zövqlərə xitab edən çox saylı əyləncə və konsert proqramının olmasının böyük rolu var. Ümid edirik ki, Bakı bu il də möhtəşəm yarış və əyləncəyə səhnə olaraq avtoidman həvəskarlarının ən çox sevdiyi yarış məkanına çevriləcək”.

Qeyd edək ki, indiyədək ümumilikdə 68 ölkədən bilet alınıb və bu biletlərin 45 %-i xarici ölkələrin payına düşür. İlk onluğaRusiya, Monako, Böyük Britaniya, Ukrayna, Avstriya, Gürcüstan, Hollandiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Amerika Birləşmiş Ştatları daxildir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: