FinansIqtisadiyyatTəqdimat

Əlavə faiz varsa BirKart2 qat geri ödəyir

Kapital Bank, BirKart sahibləri üçün növbəti kampaniyanı təqdim edir. “2 qat kampaniya”nın şərtlərinə görə BirKart partnyorlarındantaksitlə alış-veriş edən zaman müştəridən hər hansı bir faiz və ya komissiya tutulsa, bank onun iki qatını müştəriyə geri qaytaracaq.

Əgər müştəri belə halla rastlaşarsa, 196 Sorğu Mərkəzinə və ya www.birkart.az/online-order/suggestionsaytına müraciət etməlidir. Müraciət7 iş günü ərzində Bank tərəfindən araşdırıldıqdan sonra artıq ödənilən məbləğ, maksimum 3 iş günü ərzindəmüştərinin BirKart hesabına qaytarılacaq. 10 sentyabr 2018-ci il tarixinədək davam edən aksiyanın məqsədi, BirKart-ın partnyor şəbəkəsində həqiqətən heç bir komissiyanın və ya faizin olmamasını göstərməkdir.

Qeyd edək ki, BirKart-ı artıq məvacib və pensiyasını Kapital Bank-dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər, Kapital Bank-ın istənilən filialına kart üçün müraciət edə bilərlər. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, həmçinin 1,5%-dən 30%-dəkCashback imkanı. Visa kartları əsasında olan BirKart 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçünwww.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.azmüraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!