Faydamız OlsunFrame LifeSağlamlıqSosialTəqdimat

Vətəndaşlara ödənişsiz formada antiseptik vasitələr təqdim olunub

“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun COVID-19 pandemiyası dövründə əhaliyə yardım və maarifləndirmə məqsədi ilə həyata keçirdikləri “Birlikdəyik” layihəsi çərçivəsində növbəti fəaliyyətin icrasına başlanılıb.

Belə ki, “ABAD” publik hüquqi şəxsin dəstəyi ilə ABADçı tərəfindən istehsal olunan 17500  antiseptik vasitə icmalara, o cümlədən könüllülərə, pandemiya dövründə vəzifə başında olan insanlara paylanılacaq. Həmçinin dövlət xidmətlərinin göstərildiyi məntəqələrdə və vətəndaşların toplaşdığı yerlərdə yerləşdiriləcək.Antiseptik vasitələrin qəbulu məqsədilə təşkil olunan görüşdə layihənin tərəfdaşları olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “ASAN Könüllüləri” Təşkilatı, “Coca-Cola” şirkətinin nümayəndələrinin iştirakı ilə təhvil-təslim prosesi baş tutub.

Görüşdə ABAD ilə əməkdaşlıqdan məmnunluq ifadə olunub və virusa qarşı birgə mübarizənin önəmi vurğulanıb.

Hazırda 4 istiqamət üzrə həyata keçirilən “Birlikdəyik” layihəsi çərçivəsində əhaliyə qida yardımlarının çatdırılması, antiseptik vasitələrin paylanılması, karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatların təqdim olunması, eyni zamanda sosial şəbəkələr vasitəsilə maarifləndirilmə işinin aparılması nəzərdə tutulur.

Artıq bir aydır ki, layihə üzrə ilkin olaraq 20 min şəxsi əhatə edən aztəminatlı ailələrə yardım qutularının paylanılmasına başlanılıb.

İkinci mərhələ olan antiseptik vasitələrlə vətəndaşların təmin olunması işi hazırda həyata keçirilir.

3-cü istiqamət olaraq sosial şəbəkələrdə əhalinin maarifləndirilməsi üzrə məlumatlar təqdim olunur.

Sonuncu olaraq isə karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatların yaxın günlərdə təqdim olunması nəzərdə tutulur.

Layihə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün “Coca-Cola” ilə əməkdaşlığın davamıdır. Cari ilin aprel ayının əvvəlində ASAN Könüllüləri “Coca-Cola” Azərbaycanın dəstəyi ilə ölkəmizdə karantin rejimində çalışan xəstəxanalar üçün 120,000 su məhsulunun çatdırılmasını təşkil ediblər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!