Biz Birlikdəyik – Ərzaq və Geyim yarmarkası

Hər birinizi “Biz Birlikdəyik” layihəsi çərçivəsində yardıma ehtiyacı olan ailələrin Yeni İldə süfrələrinin boş qalmaması məqsədilə keçiriləcək yarmarkaya dəvət edirik. Siz dә bu bayram hәr hansı bir yoxsulu sevindirmәk vә evindә bir qazan qaynamasına sәbәb olmaq istәyirsinizsә, dostlarınızı da götürüb yarmarkaya buyurun və ianənizi edin. Yarmarka dekabrın 24-25-də Landmark Biznes Mərkəzinin Rotunda zalında baş tutacaq.

Siz necə kömək edə bilərsiniz?
– Yarmarkanın keçiriləcəyi məkana ərzaq və geyim gətirməklə.
– Maddi yardım etməklə. Yarmarkada bunun üçün xüsusi qutular qoyulacaq
– Layihə haqqında öz sosial profillərinizdə paylaşmaqla
– Şirkət olaraq əməkdaşlıq etməklə

Yarmarkaya nə gətirə bilərsiz?
1. Ərzaq:
– Düyü, noxud, mərci, lobya, makaron, qarabaşaq, un və s.
– Günəbaxan, zeytun, qarğıdalı və ya kərə yağı
– Kartof, soğan, kələm, kök, pomidor, xiyar və s.
– Meyvələr
– Çay, kofe, müalicəvi otlar və s.
– Evdə özünüz bişirdiyiniz şirniyyatlar
– Ədviyyatlar (duz, istiot və s.)
və s. özünüz gündəlik evdə yemək bişirmək üçün istifadə etdiyiniz ərzaq növlərinin hər hansı birindən gətirə bilərsiz.

2. Geyim və s.
– Təmiz, heç bir qüsuru olmayan geyim və ayaqqabı
– Qışda isinmək üçün istifadə edilən əşyalar (ədyal, yorğan və s.)
– Gigiyenik əşyalar (şampun, sabun v əs.)
– Hamam, çay dəsmalları və s.

3. Maddi yardım
– Yarmarkada İanə qutuları qoyulacaq

DİQQƏT: Xahiş edirik ki, çox köhnə əşyaları ianə etməyəsiniz, unutmayaq ki, bu əşyaları da insanlar istifadə edəcəklər. Hər birinizə dərin minnətdarlığımızı bildiririk.

Hər birinizə yardımlarınız üçün təşəkkür edirik və yarmarkaya gözləyirik 🙂

Layihəyə dəstək verən şirkətlər:
The Landmark Hotel Baku
Obanatur.az
Azersun
Yer.az
Il Patio
Növbəti şirkət sizinki ola bilər. Əməkdaşlıq üçün əlaqə saxlayın.

bizbirlikdeyik@gmail.com
+994518873949
+994503065630
Ünvan: Nizami küçəsi 90 A, Landmark Hotel Baku, Rotunda zalı.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: