Ən Son

«Blade Runner 2049»: 26% daha çox görüntü eksklüziv olaraq Azercell IMAX-da

Həftənin premyeraları arasında əsas diqqət Park Cinema kinoteatrının Azercell IMAX zalında genişləndirilmiş 1:9:1 nisbətli xüsusi formatda təqdim olunan çoxdan gözlənilən “Blade Runner” filminə yönəlib. Bu isə o deməkdir ki, kinosevərlər yalnız IMAX zalında digər zallara nisbətən 26% daha çox görüntü izləyə biləcəklər.

Genişləndirilmiş nisbəti əks etdirmək üçün standart kinozal və IMAX arasında fərqi aydın şəkildə göstərən xüsusi çarx və əlavə materiallar hazırlanmışdı.

“Blade Runner 2049” filmi tamamilə IMAX® formatına çevrilib: görüntü və səs keyfiyyəti müasir IMAX DMR® sayəsində xüsusilə adaptasiya edilib. IMAX zalının dəqiq konturları ilə vəhdət təşkil edən kristal şəffaflığında görüntü və güclü rəqəmsal səs – bütün bunlar izləyicini hadisələrin bir hissəsinə çevirir.

“Blade Runner  2049” filmi haqqında:

Birinci filmdəki hadisələrdən 30 il keçdikdən sonra Los-Ancelesdən olan polis Key (Rayan Qoslinq) gələcək cəmiyyətin quruluşu haqda məxfi məlumatlar aşkarlayır. Indi artıq o, 30 il bundan öncə itkin düşmüş Rik Dekardın (Harrison Ford) axtarışına başlamalıdır.

Filmi 5 oktyabr tarixindən etibarən Park Cinemada, Azercall IMAX zalında genişləndirilmiş 3D formatında izləyə bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!