EventsMobil dünyaTəqdimat

“Bloger-V-blogger;Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihənin növbəti təlimi həyata keçirilib

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərçivəsində “Bloger-V-blogger;Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihənin növbəti təlimini həyata keçirib.

Layihə çərçivəsində həyata keçirilən təlimin növbəti günündə tədbiri giriş nitqi ilə açan AGAT-ın sədri Lalə Mehdiyeva iştirakçıları salamlayaraq qeyd etdi ki, layihənin əsas məqsədi sosial şəbəkələrdə maddi – mənəvi dəyərlərimizi, tariximizi, ədəbiyyatımızı təşviq edən bloger və v-blogerlərin hazırlanmasına nail olmaqdır.

Təlimin növbəti qonağı AR Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin sektor müdiri, yeni media üzrə ekspert Ellada Mustafayeva olub. E. Mustafayeva iştirakçılara sosial mediadan istifadə- statistika və təhlil adlı təqdimat edib. O vurğulayıb ki, həm blogerlik həm də v-blogerlik hazırda dünyada trendə çevrilən sahələrdən biri hesab olunur. E. Mustafayeva söyləyib ki, internetdə qeydiyatdan keçən hətta ən məhşur şəbəkələrdə belə qeydiyatdan keçən hər kəs artıq mikro bloger sayıla bilər. Onun sözlərinə görə. orta statistik göstəricilərə əsasən Azərbaycanda internetdən istifadə edənlərin sayı 46.5%-ni qadınlar, 53.5%-ni kişilər təşkil edir. Daha sonra E. Mustafayeva elektorn təhlükəsizlik barədə iştirakçıları məlumatlandırıb və sosial mediada daha çox izləyici kütləsini artırmaq üçün həştəqlərin vacibliyindən bəhs edib. E. Mustafyeva Azərbaycan Respublikasının Telekomunikasiya haqqında qanunun vacib olan 33.1.3-1 və 34.1.2-1 bəndlərini də iştirakçıların nəzərinə çatdırıb. Sonda isə iştirakçılara bloger və v-blogerlik sahəsində uğurlu və təhlükəsiz fəaliyyət arzu edib.

“Bloger-Vbloger; Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihə çərçivəsində keçirilən növbəti təlim sual-cavablarla interaktiv şəkildə davam edib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!