EventsTəqdimat

“Bloger-Vbloger;Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihənin ilk təliminə start verilib

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərçivəsində “Bloger-Vbloger;Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihənin ilk təliminə start verdi.

Layihə çərçivəsində həyata keçirilən təlimin ilk günündə tədbiri giriş nitqi ilə açan AGAT-ın sədri Lalə Mehdiyeva qonaqları salamladı.L.Mehdiyeva bildirdi ki, AGAT bugünə kimi onlarla yerli və beynəlxalq layihələr həyata keçirmişdir. Layihəyə 10 gəncin cəlb olunduğunu bildirən L.Mehdiyeva onu da vurğulayıb ki, layihənin əsas məqsədi sosial şəbəkələrdə maddi – mənəvi dəyərlərimizi, tariximizi, ədəbiyyatımızı təşviq edən blogger və v-bloggerlərin hazırlanmasına nail olmaqdır. Yüksək ixtisaslı təlimçilərin cəlb olunduğu layihədə gənclər bloqçuluq fəaliyyətinin əhəmiyyəti və faydalılığı barədə maariflənəcəklər.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yaninda QHT-lərə Dəstək Şurasının Müşahidə Şurasının üzvü NərgizXələf  belə layihələrin cəmiyyətimiz üçün böyük töhfə verəcəyini bildirirərək, layihə iştirakçılarına uğurlar arzulayıb.

Təlimin ilk qonaq eksperti isə əməkdar jurnalist,siyasi şərhçi,bloger Azər Həsrət oldu. A.Həsrət sözügedən yeni media sahəsinin vacibliyindən danışdı, cəmiyyətdə bir pillə öndə olan blogger və və v-bloggerlərin ətrafda baş verənlərə daha tez reaksiya verməsi ilə yanaşı,texnologiyanın da bu işin əsas alətlərindən olduğunu gənclərin diqqətinə çatdırıb. O, mükəmməl blogun tələb və təklifdən asılı olduğunu söyləyib. Sonda isə gənclərə bu məsuliyyətli işdə müvəffəqiyyətlər arzulayıb.

“Bloger-Vbloger;Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihə çərçivəsində keçirilən ilk təlim sual cavablarla interaktiv şəkildə davam etdi.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!