Frame LifeSosialTəqdimat

“Blogger-V-blogger;Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihəsi çərçivəsində həyata keçirilən təlimlər sona çatıb

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərçivəsində “Blogger-V-blogger;Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihəsi çərçivəsində həyata keçirilən təlimlər sona çatdı.

Layihənin əsas məqsədi sosial şəbəkələrdə maddi – mənəvi dəyərlərimizi, tariximizi, ədəbiyyatımızı təşviq edən bloger və v-blogerlərin hazırlanmasına nail olmaq idi.

Layihə çərçivəsində 10 nəfər blogger və v-blogger olmaq istəyən gənc bu sahədə peşəkar olan təlimçilərlərlə görüşüblər. İştirakçılar təlimlərdə gələcəkdə blogger və ya v-blogger kimi peşəkar fealiyyəti davam etdirmək üçün təlimlər keçiblər. Onlar bu təlimlər vasitəsilə həm blog açmağı, mövzunu doğru seçməyi, gündəmdə olan məsələləri, yeni media vasitələrindən istifadə qaydalarını, bloqun piar olunması qaydalarını və.s mövzuları mənimsəməyə çalışıblar. Keçirilən təlimlərin nəticəsi olaraq iştirakçılar öz şəxsi bloglarını yaradıblar.

Layihə çərçivəsində AGAT, gənclərin həm tarixi abidələr barədə əyani surətdə məlumat əldə etmələri, həm də vaxtlarını faydalı keçirmələri üçün Azərbaycanın tarixi, maddi-mənəvi abidləri, özünə məxsus adət-ənənələri olan Şəki şəhərinə səfər təşkil edib. Şəkidə gənclər Şəki Xan sarayını, Karvansaray, Diyarşünaslıq muzeyini, Şəkinin məhşur Kiş kəndində yerləşən Alban kilsəsini ziyarət ediblər. Orada bu abidlər haqqında müxtəlif maraqlı faktları öyrənən gənc iştirakçılar həm də bu yerlərdə maraqlı foto və video çəkilişlər həyata keçiriblər.

Təlimin sonuncu günündə iştirakçılar Şəki şəhərində keçirdikləri bir gündə öyrəndikləri maraqlı faktlardan ibarət blog hazırlayıb tədqim ediblər.

Sonda AGAT sədri Lalə Mehdiyeva qeyd edib ki, “Bloger-Vbloger; Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihənin davamlılığı olaraq iştirakçılar blogerlik fəaliyyətini aidiyyatı istiqamətdə davam edəcəklər, hazırlanan blog materialları isə həm də ingilis dilinə tərcümə olunması planlaşdırılır.

Əlavə olaraq layihə çərçivəsində hazırlanan ən yaxşı blogları təqdim edirik.

https://absalamova.blogspot.com/

https://gunelilqar.blogspot.com/?m=1

http://aqurbanli.blogspot.com/

https://gulsuremirze.blogspot.com/

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!