EventsMuğamMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində vokal musiqisi konserti keçirilib

Yanvarın 6-da Beynəlxalq Muğam Mərkəzində Milli Konservatoriyanın II kurs tələbəsi İsmət Sabirlinin hesabat konserti keçirildi.

Tədbir Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Konservatoriyasının gənc ifaçılıq məktəbinin inkişafı və təkmilləşdirilməsi istiqamətində həyata keçirilən birgə layihəsi çərçivəsində baş tutmuşdu.

Konsertdə İsmət Sabirlinin ifasında xalq mahnıları “Gözəlim sənsən”, “Gülə-gülə”, “Gilənar”, Səid Rüstəmovun “İntizar”, Fikrət Əmirovun “Reyhan”, V.A.Mosartın “Fin ch`han dal vino”, Di Capuanın “O sole mio”, R.Rodjersin “Edelweis” əsərləri səsləndi.

Gecədə ifaçını Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Mahirə Quliyeva müşayiət edirdi.

Konsert musiqisevərlər tərəfindən gur alqışlala qarşılandı.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, etnik və caz musiqisinin nümayişi və təbliği məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!