EventsMuğamMusiqiTəqdimat

Beynəlxalg Muğam Mərkəzinin möhtəşəm “Dastan gecələri” layihəsi davam edir

Oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” layihəsi çərçivəsində “Aşıq Alının Türkiyə səfəri” dastanı təqdim olundu.
Tədbir Beynəlxalq Muğam Mərkəzinin, “Mədəniyyət” televiziya kanalının və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun birgə layihəsi çərçivəsində həyata keçirilmişdi.
Tədbirdə AMEA Folklor İnstitutunun şöbə müdiri, əməkdar mədəniyyət işçisi Elxan Məmmədli çıxış edərək aşıq sənətinin təbliği baxımından layihənin əhəmiyyətindən danışdı və təşkilatçılara təşəkkürünü bildirdi. O qeyd etdi ki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik hussəsi olaraq, müxtəlif mərhələlərdən keçmiş və xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirmişdir.
Sonra tamaşaçılara aşıq Bəhmən Göyçəli, aşıq Firudin Göyçəli və balabanda Əziz Göyçəlinin ifasında “Aşıq Alının Türkiyə səfəri” dastanı təqdim olundu.
Dastanın mövzusu sadə ənənəvi süjet üzərində qurulmuşdu: “İstədiyi qızı almaq üçün çətinlik qarşısında qalan qəhrəman uzaq diyara yollanır, sınaqlardan sazının-sözünün qüdrəti ilə çıxır, toy günündə qayıdıb gəlir və muradına yetir”.
Tamaşa gür alqışlarla sona çatdı.

Qeyd edirik ki, noyabrın 2-də  saat 19:00- da Beynəlxalq Muğam Mərkəzində  Kifayət Gəncəlinin yaradıcılığına həsr olunmuş gecə keçiriləcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!