BMT Azərbaycanda dayanıqlı inkişaf üzrə milli strategiyanın formalaşmasında iştirak edir

Bu gün paytaxt Bakıda Birləşmiş Millətlər Təşkilatının agentlikləri tərəfindən keçirilən məsləhətləşmə seminarı Davamlı İnkişaf Məqsədlərinin (DİM) Azərbaycanda milli inkişaf planlarına inteqrasiya olmasının yollarını müzakirə edəcək. 50 –yə yaxın hökumət rəsmiləri, BMT təşkilatları və özəl sektorun nümayəndələrini bir araya gətirərək, seminar əslində 2017-ci ilin may-iyun aylarında Azərbaycanda başlayan strateji siyasətin dəstəklənməsi missiyasının davamıdır.

Hökumət və bir sıra ekspert qrupları ilə aparılan məsləhətləşmələrə əsaslanaraq, missiya Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin milli sıviyyədə tətbiqi prosesini sürətləndirmək üçün bir sıra qabaqcıl siyasət və proqramlaşdırma addımlarını əks etdirən DİM sahəsində İnteqrasiya, Sürətləndirmə və Siyasətə Dəstək (MAPS) adlı hesabat hazırlamışdı.Ötən ilin noyabr ayında hökumətə təqdim edilən bu hesabatbugünkü seminarda əsas diqqət mərkəzində olmuşdur.

MAPS, Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsini sürətləndirmək istiqamətində milli potensialları dəstəkləmək üçün tətbiq olunan və dünya səviyyəsində tanınmış qlobal bir yanaşmadır. MAPS yanaşması konseptual olaraq tərəfdaşlıq şəbəkələri, hesabatlılıq, maliyyələşdirilmə və etibarlı məlumat bazasının yaradılmasının vacibliyini inkişaf siyasətinin ön cərgələrinəqoyur.

BMTIP-in Avropa və MDB ölkələri üzrə Regional Bürosunun direktor müavini və BMTİP-in İstanbul Regional Mərkəzinin rəhbəri Rastislav Vrbensky çıxışında qeyd etmişdir ki, bu günə qədər MAPS missiyaları artıq 20-dənartıq ölkədə keçirilmişdir və bu il əlavə 20 missiyanın keçiriləcəyi planlaşdırılır. Cənab Vrbenski bildirmişdir ki, Azərbaycanda DİM-lərə dair hazırlanmış MAPS hesabatının təhlili və hesabatdan irəli gələn təkliflər toplusu yalnız Azərbaycan üçün deyil, hal-hazırda bu platformanı DİM-lərin milli səviyyədə tətbiqini sürətləndirmək üçün istifadə edən digər ölkələr üçün də böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın DİM-lərin həyata keçirilməsində göstərdiyi diqqətəlayiq fədakarlığını vurğulayan BMT-nin Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsi Qulam Isaqzai qeyd etdi ki, “Azərbaycan regionda Davamlı İnkişaf Məqsədlərinin təşviqində qabaqcıl öndərlərdən biridir”. Daha sonra cənab İsaqzaibildirmişdir ki, bu sahədə BMT sisteminin bacarıqları, texniki ekspertizası vəlazım olan hər hansı dəstəyinineffektiv bir şəkildə və vaxtında çatdırılmasını təmin etmək üçün BMT Azərbaycan hökuməti, özəl sektor, media və vətəndaş cəmiyyəti ilə işləməyə davam edəcəkdir.

Seminar Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasının Dayanıqlıİnkişaf üzrə Milli ƏlaqələndirməŞurası ilə birgəicra etdiyi “Dayanıqlıİnkişaf Məqsədlərinin lokallaşdırılmasına dəstək və milli inkişaf planlarının DİM-lərə uyğunlaşdırılması” layihəsi çərçivəsində həyata keçirilir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: