BMTIP-GEF, SOCAR Azərbaycanda metan emissiyalarını azaltmaq və regionları təmiz yanacaqla təchiz etmək üçün yeni texnologiyalar tətbiq edirlər

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycanda onşor neft quyularından metan emissiyalarını 20 faizədək azaltmaq üçün səmt qazının yığımı üzrə yeni müasir texnologiyanı quraşdırmaqla iqlim dəyişikliyi ilə mübarizədə öz müştərək layihələrindəki mühüm bir hadisəni qeyd ediblər.

Siyəzəndəki neft yataqlarında quraşdırılan yeni qabaqcıl kompressorlar və ayırma qurğuları xam neftdən səmt qazını yığmağa və onu Azərbaycanın şimalında Siyəzən rayonunda təxminən 15 kənddəki son istehlakçılara paylamağa kömək edəcək. Hesablamalara görə əvvəllər təmiz yanacağa çıxış imkanı olmayan 600-dan çox ailə və 1250 fərd bilavasitə bu proqramdan yararlanacaq, belə ki, əvvəllər atmosferə buraxılan 7 milyon kub metr qaz, o cümlədən 4.6 milyon m3 metan indi onların evlərinə çatdırılacaq.Bu günə kimi bu işlərin görülməsinəQlobal Ətraf Mühit Fondununmaliyyə dəstəyi ilə 1 milyon dollar məbləğində vəsait yatırılıb ki, bu da ki, BMT-nin Inkişaf Proqramının 2016-cı ildən bəri ARDNŞ ilə birgə Azərbaycanda həyata keçirdiyi Milli Fəaliyyət Planları (NAMA) layihəsi çərçivəsində reallaşıb.

Bu gün Siyəzəndə baş tutan açılış mərasimində BMTİP-nin Rezident Nümayəndəsi cənab Alessandro Frakassetti və ARDNŞ-in Prezidenti cənab Rövnəq Abdullayev yeni qaz yığımı avadanlığını istismara buraxmaq üçün simvolik start düyməni basıblar. Tədbirdə, həmçinin, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayev də iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən cənab Frakassetti bunları deyib: “İstixana qaz emissiyaları bu gün dünyanın bir çox ölkələrində, o cümlədən iqtisadiyyatın enerji ehtiyatlarına söykəndiyi Azərbaycan kimi bir ölkədə ciddi bir təhlükədir. Bu gün quraşdırılan müasir avadanlıqlar istixana qaz emissiyalarını kifayət qədər azaltmaq, eyni zamanda Azərbaycanın əhalətlərində həssas icmaları təmiz yanacaqla təchiz etmək potensialına malikdir. Biz inanırıq ki, maksimum təsiri təmin etmək üçün belə layihələrə dəstək göstərilməli və onların tətbiq dairəsi genişləndirilməlidir”.

BMT-nin İqlim Məsələləri üzrə bu ilki zirvə toplantısı bu gün NyuYorkda öz işinə başlayır, bununla əlaqədar  ölkələrin neft hasilatı ilə bağlı Paris Sazişi üzrə öz üzərlərinə götürdükləri öhdəliyin əsas özəyi kimi neft və qaz sənayesində metan emissiyalarını aradan qaldırmaq üçün təsirli tədbirlərin görülməsi tələb olunur.

Sənaye mütəxəssislərinə və ekoloqlara xam neftlə yanaşı hasil olunan təbii qazın bir növü olaraq səmt qazı kimi məlum olmaqla, metan qazı havaya buraxıldıqda ətraf-mühitə mənfi təsir göstərdiyi üçün çox vaxt arzuolunmaz məhsul hesab edilir. Bu həmçinin metanın qiymətli yanacaq mənbəyı olaraq havaya buraxılıb israf edildiyi səbəbindən də baş verir.

Siyəzəndə, Azərbaycanın şimal hissəsində bəzi yüksək ərazilərdə 2,000 hektarlıq sıx meşəliklərə doğru uzanan neft çıxarma sahələrində tərkibində 80 faiz metan olan səmt qazı illər boyu yığılmamış qalıb, buna görə də metanın havaya uçması və emissiyası bu gün artmaqda olan bir problemdir. Hər gün atmosferə buxarlanan 20,000 kub metr qaz ildə 7 milyon kub metr qaz itkisi ilə nəticələnir. Eyni zamanda, Siyəzənin ətraf kəndlərindəki ailələrdə qaz təchizatı yoxdur və qaz olmadığı təqdirdə, qida hazırlama, isitmə və digər məişət ehtiyacları üçün ağ neftdən, kömürdən və meşələrdən daşınan odundan istifadə olunur.

BMTİP-GEF layihəsi çərçivəsində Siyəzəndə quraşdırılan və səmt qazının toplanmasına xidmət edən yeni texnologiyaların ətraf mühitə daha böyük fayda verəcəyi, o cümlədən təbii qaz mövcud olmadıqda isitmə və qida hazırlama üçün icmaların odundan asılılığını səbəbindən meşələrin qırılması hallarını azaldacağı gözlənilir.

Frame.az

 

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: