BMTÜTT-ün sessiyasının iştirakçılarına Azərbaycanın turizm potensialı tanıdılır

İyunun 19-da BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasında iştirak etmək üçün Azərbaycana gələn üzv dövlətlərin rəsmiləri Qobustan və Şamaxı şəhərlərinə səfər ediblər.

Qobustan ərazisində yerləşən “Diri baba” türbəsinə ziyarətlə başlayan turda qonaqlara türbənin tarixi, orijinal memarlıq forması, dekorativ və zərif bəzək elementləri barədə ətraflı məlumat verilib.

Sessiya qonaqları daha sonra Cənubi Qafqazda ən qədim məscidlərdən hesab olunan Şamaxı Cümə məscidində olublar, məscidin tarixi, memarlıq üslubu, naxış və ornamentləri barədə məlumatlandırılıblar.

Tur çərçivəsində qonaqlar Şamaxı şəhərinin mövcud turizm potensialı, xidmət obyektlərinin fəaliyyət istiqamətləri və şərabçılıq ənənələri ilə tanış olublar.

Xatırladaq ki, iyunun 18-də BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası işini başa çatdırıb. 37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndələrinin iştirak etdiyi və iki gün davam edən sessiya “İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” başlığı aıtında keçirilib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: