AutoRisk

BMW Club Azərbaycanda Yay mövsümünün açılış festivalı keçirilib

11.06.2017-ci il AvtoRisk Azərbaycan komandasının təqviminə maraqlı günlərdən biri kimi qeyd olundu.

BMW  Azərbaycan klubunun “Yay mövsümünün açılışı” festivalı olduqca maraqlı, əyləncəli xatirələrlə iştirakçıların, qonaqların yaddaşına həkk olundu. Bu festivala biz də dəvətli idik. İlk öncə BMW Klub Azərbaycanın rəhbəri Bəxtiyar Əliyevə dəvət üçün təşəkkürlərimizi bildiririk.  Festival haqqında qısaca öz fikirlərimi bildirmək istərdim.

Festival  11 iyun 2017-ci il tarixində “İmporotex Motors”-un məkanının  açıq havada, parklama  hissəsində təşkil olunmuşdu. Məkan və abu hava olduqca maraqlı, ürək açan idi. İlk olaraq məkanın girişində klubun nümayəndəsinin qarşılamağı içəridəki enerjini hiss elətdirirdi. Məkana daxil olduqdan sonra klub üzvlərinin həyəcanı hiss olunurdu ki, buda öz növbəsində klub rəhbərliyinin üzvlər arasında mehribançılığın necə yaratmasının bariz şahidi olduq. Bizi qarşılayan klub rəhbəri Bəxtiyar Əliyev məkanı bizə tanıtdı, xoş söhbətdən sonra həqiqətən özümüzü klub üzvü kimi hiss etdik.  BMW markasının 100-dən artıq avtomobili toplaşmışdı. Bu modellər içində dünyada nadir tapılan, retro modellərdə yer alırdı. Üzvlərdən ailəvi gələnlər, gənclərin maraqlı gün keçirməsi üçün müxtəlif müsabiqələr təşkil olunmuşdu. Müsabiqənin qaliblərinə BMW klubun kuboku və sertifikatı təqdim olundu. Bu arada zaman edib çəkilişlərimizi etdik, yaxın zamanlarda festivaldan video çarxımız səhifəmizdə yer alacaqdır. Klubun rəhbəri, Bəxtiyar Əliyevdən klub haqqında aldığımız müsahibəni sizlərə təqdim etmək istərdik.

“BMW club Azerbaijan 2006-cı ildə yaradılmışdır, yaradıcisı mən Bəxtiyar Əliyev. Klubun məqsədi BMW avtomobilinə sevgisi olan hər kəsi bir araya toplamaqdır. Bütün ölkələrdə olduğu kimi bizdə də belə bir klub olsun deyə iş başına keçdim və dostları, tanışları bir araya topladım. İlk toplantımız 5 nəfərdən ibarət idi, indi sayımız durmadan artır. Və bizlər qərara gəldik ki, hər cümə günü bir araya toplaşaq və bu da baş tutdu, günümüzə kimi də davam edir. Hər cümə günü saat 20.00 da bir araya gəlirik. Klubun yaranma tarixindən bu günə kimi, bizlər xeyriyyə işləri ilə də məşqul oluruq, bir birimizə dəstək oluruq. Klubda müəyyən sahələrdə çalışanlar var ki, klubun inkişafına dəstək olurlar. Uzun illərdir dünyanın bir sıra ölkələrindən dəvətlər alırıq, bu ölkələrdən biri bizim qonşu ölkəmiz Gürcüstandırki, bu ölkənin BMW klubu ilə sıx dostluğumuz var. Hər il bizi BMW fest Georgia ya dəvət edirlər və biz çalışırıqki ölkəmiz Azərbaycanı bu festivalda layiqincə təmsil edək, bayrağımızı dalğalandıraq. Həmçinin Ukraynanın paytaxtı Kiyev şəhərində də festivalda istirak etmişik. Klubun ən böyük məqsədi digər ölkələrdə öz ölkəmiz Azərbaycanı layiqincə təmsil etməkdir. Ölkəmizdə isə avtomobil idmanına daha da böyük maraq yaratmaqdır. Bizim klub günbə gün sayını artırmaqda davam edir və bizim facebook qrupumuzda artıq 18 mindən çox iştirakçimiz var, bu bizim hər birimizin uğurudur. Və sonda bizə dəstək olan “İmprotex Motors” Azərbaycan, iştirak edən hər bir kəsə öz minnətdarlığımızı bildirir, AvtoRisk Azərbaycana layihənizdə uğurlar diləyirik.”

Bəxtiyar Əliyevə klub haqqında qısaca və maraqlı məlumata görə təşəkkürlərimizi bildiririk. Və sonda qeyd etmək istərdimki 25 iyun 2017-ci ildə Gürcüstanda baş tutacaq BMW festivala BMW klub da dəvət olunmuşdur, 23 iyun artıq klub yola düşəcəkdir. Kluba bu festivalda bol-bol uğurlar diləyirik. Qələbə hər zaman sizinlə olsun.

Frame.az Autorisk Azerbaijan Orkhan Alifsoy

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!