IqtisadiyyatTəqdimatƏn SonƏn Son

BNA: 160 nömrəli avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

Sentyabrın 22-dən 160 nömrəli marşrut xətti (“Koroğlu” NMM – Binə qəsəbəsi ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən Frame.az-a bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə 160 nömrəli marşrutun hərəkət sxemi üzrə Sabunçu rayonunda Yeni Ramana 141, Yeni Ramana 233 ünvanlarında, Binə qəsəbəsində Əli İsazadə küçəsi üzrə 11 ünvanda, Südçülük, Mehriban Qonşular küçəsi, Nizami Abbasov 24 ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!