BNA Binə qəsəbəsinin mərkəzində svetofor quraşdırdı

Nəqliyyat şəraitinin yaxşılaşdırılması və piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə, daha bir yol kəsişməsində svetofor obyekti quraşdırılıb.

 Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, Xəzər rayonu Binə qəsəbəsinin mərkəzi hissəsi hesab olunan Əli İsazadə və Fuad Aynulov küçələrinin kəsişməsində monitorinqlər aparılıb.

Kəsişmədəki eyni səviyyəli piyada keçidinin tənzimlənməməsinin nəqliyyat vasitələrinin hərəkətində gecikmələr yaratdığı və piyadaların həyatları üçün də böyük risk olduğu müəyyən edilib.

Problemləri aradan qaldırmaq məqsədilə, sözügedən yol kəsişməsində svetofor obyektləri quraşdırılıb. Svetofor dirəklərinə görmə məhdudiyyətli şəxslər üçün xüsusi səs qurğuları da qoyulub.

Bununla da qeyd edilən ünvanda piyadaların təhlükəsizliyi və rahatlığı təmin edilib, nəqliyyat ləngimələri aradan qaldırılıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: