TəqdimatƏn SonƏn Son

BNA sərnişin avtobusundakı yanğınla əlaqədar komissiya yaradıb

“BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 246 Dövlət Qeydiyyat Nişanlı avtobusda baş verən yanğın hadisəsi ilə əlaqəddar Bakı Nəqliyyat Agentliyində komissiya yaradılıb. Hadisənin baş verməsi ilə bağlı məsələlər komissiya tərəfindən araşdırılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, 01.09.2020 tarixində səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 246 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın hadisəsi olub.
Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!