Baku 2017

Boks yarışlarının ikinci günündə Azərbaycanın üç boksçusu mübarizəyə qoşulub

“Baku Crystal Hall”da IV İslam Həmrəyliyi oyunlarında boks yarışları davam edir.

Frame.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç boksçusu rinqə çıxacaq.

Yarışa dörddəbir finaldan başlayan Cavid Çələbiyevin (60 kq) ilk rəqibi səkkizdəbir finalda qayanalı Yoel Vollimasonu məğlub edən türkiyəli Hakan Doğan olacaq.

Tamerlan Abdullayev (69 kq) mübarizəyə səkkizdəbir finaldan başlayacaq. O, türkmənistanlı Muhemmetmirat Sahedovu sınağa çəkəcək.

London Olimpiadasının bürünc, I Avropa Oyunlarının qızıl medalçısı olan Teymur Məmmədov (91 kq) mübarizəyə dörddəbir finaldan start verəcək. O, yarımfinala çıxmaq üçün Özbəkistan boksçusu Sardorbek Beqaliyevi məğlub etməlidir.

Boks yarışlarında yarımfinala adlayacaq idmançılar ən az bürünc medalları təmin edəcəklər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!