Boksçumuz dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında 1/4 final mərhələsi başa çatıb. Mərhələnin son döyüşündə Azərbaycan millisinin lideri Məhəmmədrəsul Məcidov gücünü yoxlayıb.

Azərbaycan Boks Federasiyasından bildiriblər ki, +91 kq çəki dərəcəsində rinqə çıxan ikiqat dünya çempionumuz Camili-Dini Aboudo-Moindze (Fransa) ilə üz-üzə gəlib. Görüş boksçumuzun 3:2 (27:30, 30:27, 28:29, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinala yüksəlməklə ən azı bürünc medalı da təmin edib.

Bu, təmsilçilərimizin Hamburqda təmin etdiyi ikinci mükafat olub. Məcidovdan öncə Kamran Şahsuvarlı (75 kq) da 1/4 final döyüşünü qələbə ilə başa vurub. Onların qazanacağı medalın əyarı isə növbəti döyüşlərdən sonra dəqiqləşəcək.

Məhəmmədrəsul Məcidov sentyabrın 1-də keçiriləcək 1/2 finalda avstraliyalı Jozef Qudelli sınağa çəkəcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: