Təqdimat

“Bonaqua” Bakıda keçirilən çimərlik futbolu üzrə Avropa Liqasının su tərəfdaşı seçilib

“Coca-Cola” şirkətinə məxsus “Bonaqua” su brendi 22-24 iyun 2018-ci il tarixlərində Bakıda təşkil olunacaq çimərlik futbolu üzrə Avropa Liqası (“European Beach Soccer League”) turnirinin su tərəfdaşı seçilib. Bu tərəfdaşlığa əsasən,“Coca-Cola”sözügedən yarışdaiştirak edəcək səkkiz komandanın idmançılarını “Bonaqua” suları ilə təmin edəcək.

Sözügedən liqa çimərlik futbolu üzrə Avropanın əsas yarışmasıdır.Bakı liqaya ev sahibliyi edəcək beş şəhərdən biridir, digər şəhərlər siyahısında isə Nazare, Portuqaliya (6-8 iyul); Moskva, Rusiya (20-22 iyul); Minsk, Belarus (3-5 avqust) və Varnemünde, Almaniya (24-26 avqust) şəhərləri yer alır.Bakıda oyunlar qeyd edilən tarixlərdə hər gün saat 14:45-də, 16:00-da, 17:15-də və 18:30-da Bakı Su İdmanı Sarayında keçiriləcək.

“500-dən artıq yüksək keyfiyyətli qazlı və qazsız içki brendləri ilə tanınan”Coca-Cola” şirkəti uzun illərdir ki, dünyada futbola müxtəlif səviyyərlədə dəstək olur. FIFA Dünya Çempionatı vəbir çox digər beynəlxalq idmanyarışları“Coca-Cola” şirkətinin tərəfdaşlığı ilə keçirilir. Azərbaycanda fəaliyyətdə olduğumuz müddətdə ölkədə keçirilən “Bakı 2015” Avropa Oyunları, “Bakı2017” İslam Həmrəyliyi Oyunları, “Tour d’Azerbaidjan” və BMX üzrə Dünya Çempionatı kimi bütün irimiqyaslı beynəlxalq tədbirlərə öz məhsullarımızla dəstək olmuşuq.İndi isə Bakıda keçiriləcək növbəti beynəlxalqyarışa, çimərlik futbolu üzrə Avropa Liqasının oyunlarına dəstək olmaq bizim üçün çox xoşdur. Çox şadıq ki,  bu turnirdə öz keyfiyyəti ilə bir çox ölkədə tanınan Bonaqua sularından istifadə ediləcək. Təşkilatçalara, xüsusən də uzun illərdir əməkdaşlıq etdiyimiz Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına təşəkkürlərimizi bildiririk, millimizə isə bu yarışlarda müvəfəqqiyət arzu edirik”, – deyə “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə ictmaiyyətlə əlaqələr vəkommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.

Builki turnirdə iki qrup olmaqla ümumilikdə səkkiz komanda iştirak edəcək. Azərbaycan millisi Portuqaliya, Belarus və Fransa yığmaları ilə qarşılaşacaq. İsveçrə, İtaliya,  Ukrayna və Almaniya milliləri isə ikinci qrupda mübarizə aparacaq.

Qeyd edək ki, turnirin su brendi seçilən “Bonaqua” suları 2016-cı ildə yüksək dad və keyfiyyət göstəricilərinə görə Belçikada yerləşən Beynəlxalq Dad və Keyfiyyət İnstitutu (“The International Taste & Quality Institute” – iTQi) tərəfindən “Superior Taste Award” (“Möhtəşəm dad”) mükafatına layiq görülüb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!